Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:00 Gürcüstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı | 18:54 İşçini müqaviləsiz çalışdıran turizm şirkətinə 23 min manatlıq cəza | 18:51 Azərbaycanda fabrik direktoru vəfat etdi | 18:32 SON DƏQİQƏ! DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı | 18:09 Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu | 18:02 Rekordlar qıran baş məşqçinin Azərbaycandan çıxışına qadağa qoyuldu | 17:54 Azərbaycanın Suriyaya ixracı 388 milyon dolları ötüb | 17:46 Həbsdən çıxandan sonra yenə oğurluğa qurşandı - Gəncədə samovar və təkər oğrusu tutuldu | 17:31 İslam Rzayevlə bağlı qərar verildi | 17:19 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı | 17:01 Lənkəranda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb | 16:59 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiqlədi | 16:40 Valideynlərin cibinə, uşaqların dərs yükünə daha bir zərbə: Yeni imtahan təklifi | 16:16 "TikTok"da telefon satışı adı ilə dörd nəfəri aldadıb pullarını qumara qoydu – Cəzalandırıldı | 16:13 Orta aylıq maaşla Bakıda ev almaq: "50 il lazımdır" | 16:08 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi | 15:01 Deputat Fazil Mustafa QHT-lərlə bağlı yeni qaydaları izah etdi: Məqsəd nədir? | 14:58 Vilyam Hacıyev azadlığa buraxıldı | 14:49 Müştəri avtoservisdə ustanın beş min manatını oğurladı | 14:33 Skuter sürənlərə məcburi dəbilqə tələbi mikromobilliyə zərbə vura bilər - AÇIQLAMA |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda piyada yollarına qənim kəsilənlərlə bağlı RƏSMİ AÇIQLAMA

22.03.2021 15:01 1 287
Bakıda piyada yollarına qənim kəsilənlərlə bağlı RƏSMİ AÇIQLAMA
Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda müxtəlif küçələrdə avtomobil sürücülərinin piyadaların yolunu kəsməsi ilə bağlı məsələyə münasibət bildirib.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev Oxu.Az-a açıqlamasında bildirib ki, avtomobillərin bu formada piyada səkilərində, pandusların qarşısında park edilməsi qayda pozuntusudur və inzibati məsuliyyət yaradan bir haldır:

“Bu cür qayda pozuntusu törədən sürücü bilməlidir ki, bu addımı ilə o, həm də fiziki imkanları məhdud şəxslərin, eləcə də uşaq arabası ilə olan piyadaların hərəkətini çətinləşdirir.

Gündəlik olaraq tərəfimizdən bu cür qayda pozanlara qarşı qanunvericiliklə yol verilən qaydada tədbirlər görülməkdədir.

Bu çərçivədə mütəmadi olaraq maarifləndirmə işləri də aparılır. Çünki məsələyə təkcə inzibati tənbeh aspektindən yanaşmaq düzgün olmazdı. Bəzən bu qayda pozuntuları piyada vurulması kimi bədbəxt hadisələrə səbəb olur”.

Piyada səkilərinin zəbt olunmasının qarşısını almaq üçün son iki ildə Bakı Nəqliyyat Agentliyi tərəfindən 160-a yaxın küçədə tumbalar quraşdırılıb və proses davam edir:

“Eyni zamanda, təqdim olunan fotolardan da göründüyü kimi narahatlıq doğuran digər bir məqam piyada səkilərinin müxtəlif obyekt sahibləri tərəfindən zəbt olunmasıdır. Bu kimi məqamlar hələ 2018-ci ildə tərəfimizdən Bakı şəhərinin bütün rayonları üzrə aparılan monitorinqlərlə müəyyən edilib. Aşkar edilən çatışmazlıqların aradan qaldırılması üçün hər bir rayon üzrə icra hakimiyyətlərinə müraciətlər təqdim edilib”.

Qeyd edək ki, Bakıda müxtəlif küçələrdə sürücülər avtomobillərini piyadalar üçün nəzərdə tutulan səkilərin üstündə, yaxud yanında saxlayırlar. Təbii ki, qanunsuz zəbt edilmiş piyada səkiləri insanların narazılığına səbəb olur.

Son xəbərlər