Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 100-dən çox sürücü saxlanılıb - FOTO

28.08.2019 23:26 1 579
Bakıda 100-dən çox sürücü saxlanılıb - FOTO
Bakı Şəhər Baş Polis İdarəsi tabeli orqanları ilə birgə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik, profilaktik-maarifləndimə tədbirləri davam etdirilib.

Maarifləndirmə çərçivəsində Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi əməkdaşları da rayon ərazisində piyada keçidlərindən istifadə, qanunsuz parklanma, piyada səkilərində avtomobillərin qanunsuz saxlanılması və digər faktlara qarşı profilaktik tədbir keçirib.

Median.Az bildirir ki, Trend-in əməkdaşının iştirakı ilə keçirilən tədbirdə qaydalara əməl etməyən piyada və sürücülər saxlanılaraq maarifləndirilib.

Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inzibati Təcrübə üzrə baş inspektoru, polis mayoru Elmar Əbilov bildirib ki, gün ərzində keçirilən profilaktik tədbirlər nəticəsində 93 nəfərdən artıq piyada müəyyən olunmuş yeraltı və yerüstü keçiddən istifadə etmədiyi üçün saxlanılıb.

Onun sözlərinə görə, həmin piyadalar keçiddən istifadə qaydaları və keçiddən istifadənin vacibliyi barədə təlimatlandırılıb:

"Tədbir çərçivəsində ödənilməmiş cəriməsi olan 63 avtomobil müəyyən edilərək saxlanılıb. Həmin sürücülərdən 48 nəfər dərhal cəriməni yerində ödədiyi üçün buraxılıb. Digər 15 sürücüyə isə xəbərdarlıq edilib. Ümumilikdə gün ərzində qayda pozan 100-dən artıq avtomobil saxlanılıb və onlar yol hərəkəti barədə təlimatlandırılıb.

Keçirilən tədbirlər çərçivəsində piyada səkisində piyadaların hərəkətinə mane olan 16 avtomobil müəyyən edilərək sürücülərə xəbərdarlıq edilib və səkidən kənarlaşdırılıb.

Tədbirimiz mütəmadi xarakter daşıyır. Məqsədimiz sürücü və piyadaları cərimələmək deyil, onları maarifləndirmək, qaydalara əməl etməyə çağırmaqdı. Hər bir vətəndaş qanunvericiliyə əməl etməli, qayda pozuntularının sayının azalmasına çalışmalıdır. Bildiyimiz kimi, yol nəqliyyat hadisələrinin əksəriyyəti insan amili ilə bağlıdır. Sürücülərin, piyadaların qaydalara əməl etməməsi ağır nəticələrə səbəb olur. Ani səhlənkarlıq insan ölümü və xəsarətlə nəticələnir. İstəyirik ki vətəndaşlarımız müəyyən olunmuş qaydalara əməl etsin, qayda pozuntularının və bədbəxt hadisələrin sayı azalsın. Bu cür tədbirlərin keçirilməsi vacibdir.

Vətəndaşları cərimələmədən onları maarifləndirmək bu cür halların azalmasına gətirib çıxarır. Bu işdə vətəndaşların və medianın dəstəyinə böyük ehtiyacımız var".

Son xəbərlər