Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:01 Deputat Fazil Mustafa QHT-lərlə bağlı yeni qaydaları izah etdi: Məqsəd nədir? | 14:58 Vilyam Hacıyev azadlığa buraxıldı | 14:49 Müştəri avtoservisdə ustanın beş min manatını oğurladı | 14:33 Skuter sürənlərə məcburi dəbilqə tələbi mikromobilliyə zərbə vura bilər - AÇIQLAMA | 14:22 Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır - Parlament razılıq verdi | 13:52 Axtarışda olan şəxsi gizlətməyin cəzası AÇIQLANDI | 13:22 Ordubadda itkin düşən şəxs Türkiyədə tapıldı | 13:17 İnsan öldükdən sonra onu təhqir edənləri nə gözləyir? – İlahiyyatçıdan AÇIQLAMA | 12:54 Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi tarix açıqlandı | 12:48 Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürdü, işçi qrup yaratdı | 12:36 İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib | 12:34 Valideynlər uşaqları internet təhlükələrindən necə qorumalıdır? | 12:25 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı | 12:23 Bəzi texnikaların idxalı ƏDV-dən azad olunacaq | 12:22 Beynəlxalq yükdaşımaya vergi güzəşti təklif edilir | 11:51 Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb | 11:50 Azərbaycanda universitetdə əməkhaqqı ilə bağlı yenilik | 11:46 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? | 11:43 Ağsuda ağac 6 yaşlı uşağın ölümünə səbəb oldu | 11:38 Fira Cəlilovanın evinə basqın edilib? - DİN-dən açıqlama |
Mojo.az Avto
Mojo.az Avto

Deputat Fazil Mustafa QHT-lərlə bağlı yeni qaydaları izah etdi: Məqsəd nədir?

27.11.2026 15:01 243
Deputat Fazil Mustafa QHT-lərlə bağlı yeni qaydaları izah etdi: Məqsəd nədir?
Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyəti ilə bağlı qanunvericiliyə bir sıra dəyişikliklər qəbul edilib. Yeni tələblər təşkilatların qeydiyyatı, maliyyə şəffaflığı, fəaliyyət istiqamətləri və ləğv olunması mexanizmlərini əhatə edir. Dəyişikliklərə əsasən, qanunvericiliyin tələblərini pozan, fəaliyyətində şəffaflığı təmin etməyən və müəyyən müddət ərzində fəaliyyətsiz qalan QHT-lərin fəaliyyətinin dayandırılması və ya ləğvi mümkün olacaq.

Bu dəyişikliklər QHT-lərin məsuliyyətinin və hesabatlılığının artırılması baxımından qiymətləndirilsə də, onların fəaliyyət imkanlarına təsiri ilə bağlı suallar da yaranır. Xüsusilə QHT-lərin ictimai nəzarətdə, vətəndaşların hüquqlarının müdafiəsində, sosial problemlərin həllində və dövlət-vətəndaş münasibətlərindəki rolu diqqətə gəlir.Bəs Azərbaycanda QHT-lər cəmiyyət üçün nə dərəcədə faydalıdır? Yeni tələblər onların fəaliyyətinin keyfiyyətini artıracaq, yoxsa təşkilatların işini çətinləşdirəcək?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, dövlət vətəndaş cəmiyyətlərinin inkişafında maraqlıdır. Ona görə də hər hansı bir şəkildə onların fəaliyyət azadlığına toxunan addımların atılması nəzərdə tutulmur.

Millət vəkili əlavə edib ki, bu, müəyyən şəffaflığın qorunması və konkret istiqamətlər üzrə QHT-lərin fəaliyyətinin tənzimlənməsi məqsədilə dəyişikliklər nəzərdə tutulur.

Deputatın sözlərinə görə, bir ay müddətində elektron qaydada müraciətlər olunur və qeydiyyatdan keçirilir. Elektron forma olduğuna görə, fəaliyyət göstərən QHT-lərin müraciətləri üçün vaxt da yetərlidir. Hər hansı bir şəkildə bürokratik maneələrlə rastlaşmadan, Əgər onların nizamnamələri qanunvericiliyə uyğundursa, qəbul olunacaq. Ona görə də burada hər hansı bir problemin olması gözlənilmir. Çünki dövlətin də birbaşa QHT-lərlə bağlı strategiyası onların sərbəst fəaliyyət göstərməsi ilə bağlıdır.

Median.Az

Son xəbərlər