Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:54 Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi tarix açıqlandı | 12:48 Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürdü, işçi qrup yaratdı | 12:36 İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib | 12:34 Valideynlər uşaqları internet təhlükələrindən necə qorumalıdır? | 12:25 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı | 12:23 Bəzi texnikaların idxalı ƏDV-dən azad olunacaq | 12:22 Beynəlxalq yükdaşımaya vergi güzəşti təklif edilir | 11:51 Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb | 11:50 Azərbaycanda universitetdə əməkhaqqı ilə bağlı yenilik | 11:46 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? | 11:43 Ağsuda ağac 6 yaşlı uşağın ölümünə səbəb oldu | 11:38 Fira Cəlilovanın evinə basqın edilib? - DİN-dən açıqlama | 11:26 Azərbaycanda yükdaşıma ilə bağlı yeni cərimə | 11:16 Adı generalın qızı ilə məhkəmə işində hallanan vəzifəli şəxs işdən çıxarıldı | 23:01 Sarımsaq həqiqətən xəstəliklərdən qoruyur? | 22:56 Azərbaycanın Ermənistana builki ixracının dəyəri 24 milyon dollara yaxınlaşıb | 22:50 Sağlamlığınızı "ChatGPT"yə həvalə etməyin! | 22:43 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirildi | 22:38 Moskvada general həbs edildi | 22:30 Ev təsərrüfatlarının uçotunun aparılmasında bunlara diqqət edilməlidir |
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib

27.11.2026 12:36 66
FOTOVİDEO İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahknanı qəbul edib.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısı ilə Estoniyanın xarici işlər nazirinin ötən il Bakıdakı görüşü məmnunluqla xatırlanıb.

Azərbaycanla Estoniya arasında münasibətlərin dinamik şəkildə genişləndiyini deyən Prezident İlham Əliyev hökumət nümayəndələri arasında görüşlərin keçirilməsinin yaxşı nəticələr verəcəyinə ümidvarlığını bildirib, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafı baxımından roluna toxunub və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Dövlətimizin başçısı Azərbaycan-Avropa İttifaqı münasibətlərinin də uğurla inkişaf etdiyini deyib, bu il Avropa İttifaqı rəhbərliyinin ölkəmizə səfərlərini və Dublin Sammiti çərçivəsində keçirilmiş görüşləri xatırlayıb.

Prezident İlham Əliyev ölkələrimiz arasında tərəfdaşlığın irəli aparılması üçün məsələləri müzakirə etmək baxımından Estoniyanın xarici işlər nazirinin səfərinin uğurlu olacağına ümidvarlığını ifadə edib.

Qəbula görə minnətdarlığını bildirən Marqus Tsahkna Azərbaycanın sürətli inkişafının şəxsən şahidi olduğunu deyib, ölkəmizin regionda önəmli rol oynadığını diqqətə çatdırıb.

Münasibətlərimizin yaxşı səviyyədə olduğunu qeyd edən nazir ölkəmizə səfəri çərçivəsində Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmən açılacağını bildirib və ikitərəfli münasibətlərimizin inkişafı baxımından bu hadisənin önəminə toxunub.

Dövlətimizin başçısı Bakıda Estoniya səfirliyinin rəsmən açılmasının əlaqələrimizin inkişafının göstəricisi kimi qiymətləndirib.

Söhbət zamanı Azərbaycanla Estoniya arasında informasiya texnologiyaları, rəqəmsal transformasiya, bağlantılar və digər istiqamətlərdə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub, ölkəmizin yeni bağlantı xətlərinin sayını artırdığı vurğulanıb.

Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Fotoalbom — 7 foto · redaktə üçün bloku seçib albom düyməsinə basın
İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Albomu sil
Открыть публикацию Instagram


Son xəbərlər