Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Operativ Qərargahdan KİV-lərlə bağlı daha bir - AÇIQLAMA

22.06.2020 22:48 1 629
Operativ Qərargahdan KİV-lərlə bağlı daha bir - AÇIQLAMA
Nazirlər Kabineti yanında Operativ Qərargah KİV-lərlə bağlı növbəti açıqlamanı yayıb.

Median.Az olaraq həmin açıqlamanı təqdim edirik:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarının əlavəsində fəaliyyətinə icazə verilmiş sahələrin siyahısında kütləvi informasiya vasitələrinin (KİV) də adı qeyd edilib. Bu məqam sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-lərin fəaliyyətinin hüquqi təminatıdır və onu göstərir ki, KİV-lərin fəaliyyəti ilə bağlı heç bir hüquqi məhdudiyyət yoxdur.

Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə bu hüquqdan istifadənin texniki tərəfi icazə.e-gov.az portalında qeydiyyatdan keçməklə həll olunur.

Azərbaycanda akkreditasiyadan keçmiş xarici KİV-lərin təmsilçiləri haqda məlumatlar Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən icazə.e-gov.az portalına daxil edilib.

Yerli KİV-lərin nümayəndələri isə, Qərarda qeyd olunduğu kimi, fəaliyyət göstərdikləri KİV-in rəhbərliyi tərəfindən icazə.e-gov.az portalında qeydiyyatdan keçirilməlidir.

Mülki hüquqi müqavilə əsasında fəaliyyət göstrərən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən, hər hansı hüquqi şəxslə müqavilə bağlamadan VÖEN əsasında fərdi fəaliyyət göstərən şəxslər barədə məlumatlar onların özləri tərəfindən gücləndirilmiş elektron imzadan istifadə etməklə icazə.e-gov.az portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.

Qeydiyyatla əlaqədar yaranan problemlərlə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinə müraciət oluna bilər.

Son xəbərlər