Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video

14.11.2026 21:26 57
İlon Maskın
"SpaceX" şirkətinin "Starship" raketinin 15-ci sınaq uçuşu həyata keçirilib.

Median.Az
"The New York Post" nəşrinə istinadən xəbər verir ki, raketin sürətləndirici bloku sınaq uçuşunun başlanmasından 10 dəqiqə sonra Meksika körfəzi üzərində partlayıb.

Buraxılışdan əvvəl raketin hər iki pilləsinin Texasdakı bazaya qaytarılması planlaşdırılsa da, birinci pillə partlayaraq suya düşüb. Buna baxmayaraq, kosmik gəmi uçuşunu davam etdirərək orbitə çıxıb.



Qeyd edək ki, bu ilin sentyabrında İlon Maskın "SpaceX" şirkəti ilk dəfə "Starship" kosmik gəmisini Yerətrafı orbitə çıxarıb və 26 "Starlink" rabitə peykini kosmosa çatdırıb.

Lakin mühərrikdə yaranan nasazlıq səbəbindən 14-cü sınaq uçuşunun müddəti təxminən yeddi saat qısaldılıb. Kosmik gəmi Yer atmosferinə qayıdaraq Sakit okeana idarəolunan eniş edib. Bundan sonra isə aşaraq partlayıb.

Son xəbərlər