Rekordlar qıran baş məşqçinin Azərbaycandan çıxışına qadağa qoyuldu
Tanınmış güləş məşqçisi Aleksandr Tarakanovun Azərbaycandan çıxışına müvəqqəti məhdudiyyət qoyulub.
Median.Az Lent.az-a istinadən xəbər verir ki, buna səbəb onun vergi borcları ilə bağlıdır.
Məlumata əsasən, Azərbaycanın yunan-Roma güləş komandasının keçmiş baş məşqçisi olan 68 yaşlı Tarakanovun dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə 7 971 manat vergi borcu olub, lakin ödənişlər yerinə yetirilməyib.
Buna görə də Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Aleksandr Tarakanova bildirişlər göndərib. Buna baxmayaraq, borc yenə də ödənilməyib. Son olaraq, dövlət qurumu keçmiş baş məşqçi barəsində məhkəmədə iddia qaldırıb. İddiada borclar tam ödənilənədək Aleksandr Tarakanovun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması istənilib.
Məhkəmə iddianı təmin edib. Qərara əsasən, A.Tarakanovun Azərbaycandan çıxışına müvəqqəti məhdudiyyət qoyulub.
Qeyd edək ki, 1958-ci il sentyabrın 8-də Rusiyada anadan olan Aleksandr Tarakanov 2019-2026-cı illərdə Azərbaycan yunan-Roma güləş komandasının baş məşqçisi olub. O, 2020-ci ilin fevral təlim-məşq toplanışının keçirildiyi Bakıdakı Olimpiya Güləş Mərkəzində Azərbaycanın yunan-Roma güləşçilərindən ibarət komanda toplayıb. Elə həmin ay Romada keçirilən Avropa çempionatında Tarakanovun rəhbərlik etdiyi komanda iki qızıl və dörd bürünc medal qazanıb. 2021-ci ilin oktyabr ayında Osloda keçirilən Dünya çempionatında Azərbaycan yunan-Roma güləşi komandası komanda hesabında üçüncü yeri tutmağı və dünya çempionatlarında bu idman növünün tarixində ölkə üçün rekord sayda medal - biri qızıl, biri gümüş və ikisi bürünc olmaqla dörd medal toplamağı bacarıb. 2022-ci ilin aprel ayında Budapeştdə keçirilən Avropa çempionatında Tarakanovun məşqçisi olduğu Azərbaycan yunan-Roma güləşi komandası tarixində ilk dəfə komanda yarışında Avropa çempionu olub və tarixdə rekord sayda medal qazanıb: on güləşçidən səkkizi medal qazanmağı bacardı - iki qızıl, bir gümüş və beş bürünc medal.
Tarakanov 2026-cı ilin yanvar ayında milli komandadakı vəzifəsindən ayrılıb.