Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye

19.10.2026 12:51 393
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Prezident İlham Əliyevin sərəncamı ilə Teymur Musayev baş nazirin müavini təyin olunub.

Median.Az
Teymur Musayevin dosyesini təqdim edir:

Teymur Yusif oğlu Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub.

Orta təhsilinə 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş Konsulluğunun nəzdində 1 saylı orta məktəbdə başlayıb, 1981-1987-ci illərdə Bakı şəhəri 189 saylı orta məktəbdə davam etdirib. Məktəbi medalla bitirib. 1987-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinin 1-ci kursuna qəbul olub və 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Tibb Universitetinin Tələbə Elmi Cəmiyyətinin aktiv üzvü olub. 25 dekabr 2000-ci il tarixində namizədlik dissertasiyasını müdafiə edib və 2001-ci il 4 aprel tarixli Ali Attestasiya Komissiyasının qərarı ilə "tibb elmləri namizədi" elmi dərəcəsini alıb. 2003-2004-cü illərdə Fransanın "Universite Strasburg 1" Universitetində laparoskopik cərrahiyyə ixtisası üzrə diplom kursunun tələbəsi olub.

2013-2015-ci illərdə "Riga International School of Business and Economics" və "Riga Stadins University" birgə magistratura təhsili alaraq 2015-ci ilin may ayında "Master of Health Management (Business Executive)" magistr dərəcəsinə yiyələnib.

Əmək fəaliyyətinə 1994-cü ildə Səhiyyə Nazirliyinin təyinatı ilə Bakı şəhəri 16 saylı poliklinikada həkim-uroloq kimi başlayıb. 1994-1997-ci illərdə sahə həkim-uroloq kimi fəaliyyət göstərib. Özəl klinikalarda həkim-uroloq kimi fəaliyyət göstərib.

2020-ci ilin aprel ayından 2021-ci ilin aprel ayınadək Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini, Azərbaycan Respublikası səhiyyə nazirinin səlahiyyətlərinin icraçısı təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.

Evlidir, iki övladı var.скачать dle 11.3

Son xəbərlər