Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...
Son günlər tələbə təqaüdlərinin artırılması məsələsi yenidən gündəmə gəlib. Xüsusilə, nəqliyyat xərclərinin artması tələbələrin aylıq büdcəsinə əlavə yük yaradır. Bakı Metropolitenində xətlərin ayrılması layihəsindən sonra bəzi tələbələr mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu isə onların gündəlik yol xərclərinin artmasına səbəb olur. Belə olan halda, tələbə təqaüdlərinin artırılması zərurəti və bu məsələnin gələn ilin büdcəsində nəzərə alınıb-alınmayacağı müzakirə mövzusuna çevrilir.
Bəs 2027-ci ildə tələbə təqaüdlərinin artırılması nə dərəcədə realdır? Artan yaşayış və nəqliyyat xərcləri nəzərə alınaraq, gələn il tələbələrin təqaüdlərinin artırılması ilə bağlı qərar qəbul edilə bilərmi?
Bu barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov Median.Az-a açıqlamasında deyib ki, Azərbaycan xalqının sosial rifahı, xüsusilə də tələbələrimizin sosial vəziyyətinin yaxşılaşdırılması hər zaman dövlətimizin diqqət mərkəzində olub:
“Dövlətimiz bu məsələlərə hər zaman həssas yanaşır. Bildiyimiz kimi, tələbə təqaüdlərinin artırılması istiqamətində mütəmadi olaraq addımlar atılır və demək olar ki, bu proses hər il diqqətdə saxlanılır. Ona görə də tələbələrimiz narahat olmasınlar və dövlətimizin onların sosial rifahına hər zaman diqqət və qayğı göstərəcəyini nəzərə alsınlar. Tələbələrin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət bu sahədə müvafiq addımlar atır və gələcəkdə də atmaqda davam edəcək. Tələbələrin qarşılaşdıqları əlavə xərclərin, o cümlədən nəqliyyat və digər gündəlik yaşayış xərclərinin nəzərə alınması üçün də müəyyən tapşırıqlar verilir. Bütün bunlar tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılmasına və onların təhsil müddətində üzləşdikləri çətinliklərin azaldılmasına xidmət edir”.
O qeyd edib ki, təqaüdlərin zaman-zaman artırılması və bu istiqamətdə həyata keçirilən tədbirlər dövlətimizin tələbələrə göstərdiyi diqqət və qayğını açıq şəkildə nümayiş etdirir:
“Tələbələrin ehtiyaclarının nəzərə alınması, onların sosial rifahının yaxşılaşdırılması və təhsil almaq imkanlarının daha da genişləndirilməsi daim diqqətdə saxlanılan məsələlərdəndir. Mövcud xərclər və tələbələrin sosial vəziyyəti nəzərə alınmaqla, növbəti dövrdə təqaüdlərin artırılması məsələsinə yenidən baxıla bilər. Bu istiqamətdə müvafiq müzakirələr aparıla və zəruri hesab edildiyi təqdirdə, tələbə təqaüdlərinin artırılması ilə bağlı addımlar atıla bilər. Belə bir qərarın qəbul edilməsi tələbələrin sosial rifahının yaxşılaşdırılması baxımından əhəmiyyətli olardı”.
Aysel