1 saatlıq bilet al, həm metroya min, həm avtobusa – Yeni təklif
Nəqliyyat xərcləri əhalinin gündəlik və aylıq büdcəsində mühüm yer tutur. Son dövrlərdə yanacağın, ehtiyat hissələrinin, texniki xidmətin və digər əməliyyat xərclərinin dəyişməsi ictimai nəqliyyat xidmətlərinin maya dəyərinə də təsir göstərir. Bu fonda avtobus və digər ictimai nəqliyyat xidmətlərində tariflərin dəyişdirilməsi məsələsi vaxtaşırı gündəmə gəlir. Tariflərin artırılması həm sərnişinlərin xərclərinə, həm də nəqliyyat sektorunda fəaliyyət göstərən şirkətlərin maliyyə dayanıqlığına təsir göstərə bilər. Eyni zamanda, nəqliyyat xərclərinin yüksəlməsi digər mal və xidmətlərin qiymətlərinə də dolayı təsir göstərə bilər. Bəs ictimai nəqliyyatda tariflərin dəyişdirilməsi hansı iqtisadi göstəricilər əsasında aparılmalıdır və mümkün artım əhalinin büdcəsinə və ümumi qiymətlərə necə təsir edə bilər?
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Median.Az-a açıqlamasında deyib ki, bizdə nəqliyyat xərcləri, daha doğrusu, nəqliyyat qiymətləri köhnə sovet məntiqi ilə hesablanır:
“Yəni bir dəfəlik gediş haqqı prinsipi tətbiq olunur. Biz illərdir, bəlkə də 15 ildir bu barədə danışırıq ki, nəqliyyatda saatlıq, günlük, həftəlik, aylıq, altı aylıq və illik biletlər olmalıdır. Saata və zamana bağlı biletlərin tətbiqi daha məntiqli olar və insanların nəqliyyat xərclərini də azalda bilər. Məsələn, bir saatlıq bilet alırsan və həmin bir saat ərzində həm metrodan, həm də avtobusdan istifadə edə bilirsən. Bu məsələ aktualdır və gündəmdədir. Bundan əlavə, tələbələr, təqaüdçülər və şagirdlər üçün ayrıca tariflər tətbiq olunmalıdır. Bu, xüsusilə ailələrin nəqliyyat xərclərinin azaldılması baxımından vacibdir. Məsələn, bir ailədə iki şagird və bir tələbə varsa, onların gündəlik nəqliyyat xərcləri kifayət qədər yüksək məbləğə çata bilər. Yuxarı sinif şagirdləri məktəbə gedib-gəlirlər, tələbələr isə universitetlərə gedirlər. Buna görə də nəqliyyatda fərqli tariflərin tətbiqinə ehtiyac var. Yəni nəqliyyat sahəsində çevik tarif siyasəti olmalıdır. Təkcə qiymətləri artırmaqla nəqliyyat vəziyyətini yaxşılaşdırmaq mümkün deyil”.
Aysel