Aİ-92 və dizelin qiyməti artacaq?
Yanacağın qiymətində baş verən dəyişikliklər yalnız sürücülərin və nəqliyyat sektorunun xərclərinə deyil, iqtisadiyyatın bir çox sahələrinə də təsir göstərir. Xüsusilə məhsulların daşınması, logistika və yükdaşıma xidmətlərinin maya dəyərində yanacaq xərcləri mühüm paya malikdir. Bu baxımdan yanacağın bahalaşması və ya ucuzlaşması ərzaqdan tutmuş müxtəlif istehlak mallarına qədər bir sıra məhsulların qiymətinə təsir göstərə bilər.
Bu barədə Median.Az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib ki, yanacaq qiymətlərində hər hansı dəyişiklik gözlənilmir:
“Dizel yanacağının və Aİ-92 markalı benzinin qiymətini Tarif Şurası müəyyən edir. Aİ-95 markalı benzinin qiyməti isə Tarif Şurası tərəfindən tənzimlənmir və onun qiymətini SOCAR müəyyən edir. Hazırda yanacaq qiymətlərinin artırılması ilə bağlı hər hansı gözlənti yoxdur. Təbii ki, Tarif Şurası sabah belə bir qərar qəbul edərək qiymətləri artırsa, bu, digər sahələrdə də bahalaşmaya səbəb ola bilər. Amma hazırkı vəziyyətdə Tarif Şurasının belə bir addım atacağını düşünmürəm. Bu məsələlər Tarif Şurasına da məlumdur və qurum yanacaq qiymətlərindəki dəyişikliklərin digər sahələrə mümkün təsirlərini yaxşı bilir”.
Aysel