Nağdsız ödənişlərlə bağlı yeni dövlət proqramı hazırlanır
"Azərbaycan Mərkəzi Bankı (AMB) "2027-2030-cu illər üçün maliyyə sektorunun rəqəmsal transformasiyasının genişləndirilməsi üzrə dövlət proqramı" üzərində işləyir".
Bunu AMB-nin sədrinin birinci müavini Əliyar Məmmədyarov X Beynəlxalq Bankçılıq Forumunda deyib.
O bildirib ki, proqramın əsas məqsədi ölkəni regionun aparıcı rəqəmsal maliyyə mərkəzlərindən birinə çevirmək, innovativ maliyyə xidmətlərinin inkişafını dəstəkləmək və nağdsız ödənişləri genişləndirməkdir:
"Müasir dünyada neyron şəbəkələri və süni intellekt bankların fəaliyyətində artıq eksperiment olmaqdan çıxaraq onların əsas əməliyyat nüvəsinə çevrilir. Lakin bu sistemlərin sürəti və mürəkkəbliyi artdıqca səhvlərin dəyəri də yüksəlir".
//oxu.az