Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:13 Minimum əməkhaqqı 700 manat ola bilər? – AÇIQLAMA | 12:08 İlham Əliyev Monteneqronun baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib | 12:04 Atasının qətlini sifariş verən şəxs və tanışları yenidən məhkəmə qarşısında | 12:02 Azərbaycan Prezidenti: "Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" | 11:58 Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb | 11:57 Leyla Əliyeva "Torpaq" adlı konseptual qrup sərgisindən paylaşım edib | 11:56 Bakıda quraşdırılacaq yeni işıqforların hərəkət qaydaları açıqlandı | 11:36 Azərbaycanda dini təhsil alan qızların sayı açıqlandı | 11:28 Bakıda "Prius" 27 yaşlı kişini vurub öldürdü | 11:18 DSX-nin hərbi qulluqçusu vəfat etdi - Səbəb | 22:59 Binəqədidə ikimərtəbəli ev yanıb | 22:50 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət etdi - FOTO | 22:43 Şəmkirdə parçalanmış kişi meyiti tapıldı | 22:35 Bu ərazilərdə su olmayacaq | 22:27 Qışda D vitamini çatışmazlığının qarşısını alan 3 əsas qida | 22:20 “Barselona” Bakıya gəldi | 22:11 Sabah bəzi ərazilərdə qaz kəsiləcək | 22:05 Rusiyada qubernator saxlanıldı | 21:56 Əməkdar müəllimi piyada keçidində maşın vurub öldürdü | 21:49 Arterial təzyiqlə bağlı yeni normalar - 130/80 göstəricisinə diqqət |
Mojo.az Avto
Mojo.az Avto

Minimum əməkhaqqı 700 manat ola bilər? – AÇIQLAMA

24.11.2026 12:13 123
Minimum əməkhaqqı 700 manat ola bilər? – AÇIQLAMA
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı gözləntilər xüsusilə son dövrdə qiymətlərin və gündəlik yaşayış xərclərinin dəyişməsi fonunda daha çox müzakirə olunur. Hazırda minimum əməkhaqqının 400 manat olması müxtəlif sahələrdə çalışan vətəndaşların gəlirləri, əmək bazarında maaşların formalaşması və sosial ödənişlərin səviyyəsi baxımından mühüm göstəricilərdən biridir. Minimum əməkhaqqının 600–700 manata yüksəldilməsi isə bir tərəfdən aşağı gəlirli işçilərin qazancının artmasına, digər tərəfdən isə işəgötürənlərin əməkhaqqı xərclərinin, sosial sığorta ödənişlərinin və bəzi məhsul və xidmətlərin qiymətlərinin dəyişməsinə təsir göstərə bilər. Bu baxımdan, mümkün artımın yalnız vətəndaşların gəlirlərinə deyil, bütövlükdə əmək bazarına və iqtisadi aktivliyə təsiri də diqqət çəkir.

Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov Median.Az-a bildirib ki, minimum əməkhaqqının 600–700 manata çatdırılması artıq yalnız sosial məsələ deyil, Azərbaycanın əmək bazarının və iqtisadi modelinin qarşısında duran ciddi məsələdir:
“Azərbaycan Avropa Sosial Xartiyasının 4.1-ci maddəsini qəbul edib. Avropa Sosial Hüquqlar Komitəsinin yanaşmasında əməkhaqqının adekvatlığının qiymətləndirilməsi zamanı 60 faiz meyarı mühüm göstəricilərdən biridir. 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1176,7 manat təşkil edib. Bunun 60 faizi təxminən 706 manat edir. Bu baxımdan 700 manatlıq minimum əməkhaqqı tələbi iqtisadi reallıqdan tamamilə uzaq rəqəm deyil. Əksinə, mövcud orta əməkhaqqı göstəricisinə tətbiq edilən 60 faizlik meyar bizi təxminən həmin səviyyəyə gətirir. Amma burada əsas problem minimum əməkhaqqının rəqəmini artırmaqdan daha böyükdür. Problem Azərbaycan iqtisadiyyatının həmin əməkhaqqını hansı məhsuldarlıq və hansı maya dəyəri ilə təmin edə bilməsidir. Bu gün minimum əməkhaqqının 400 manatdan 700 manata qaldırılması işəgötürənin əməkhaqqı fondunu 75 faiz artırır. Bunun üzərinə sosial sığorta və digər əməkhaqqı ilə bağlı ödənişlər də gəlir. Xüsusilə kiçik və orta biznes üçün bu, ciddi əlavə xərc yarada bilər. Əgər iqtisadiyyatda məhsuldarlıq və biznesin gəlirliliyi eyni sürətlə artmırsa, sahibkar bu xərcin bir hissəsini qiymətlərə keçirməyə çalışacaq”.
O deyib ki, nəticədə maaş artımının bir hissəsi istehlakçının cibindən geri alına bilər:
“Məsələn, yağın qiyməti bu gün 22 manatdırsa, istehsal, əməkhaqqı, logistika, vergi və digər xərclərin artması nəticəsində sabah həmin məhsulu 35 manata almaq məcburiyyətində qala bilərik. Bu zaman kağız üzərində əməkhaqqı artıb, amma vətəndaşın real alıcılıq qabiliyyəti gözlənilən qədər yüksəlməyib. 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri də illik 5,7 faiz artıb. Ona görə minimum əməkhaqqının 700 manata çatdırılması ilə paralel olaraq biznesin üzərindəki xərclərin azaldılması da gündəmə gəlməlidir. Vergi və sosial yükün optimallaşdırılması, elektrik enerjisi və logistika xərclərinin aşağı salınması, yerli istehsalın maya dəyərinin azaldılması, rəqabətin gücləndirilməsi və məhsuldarlığın artırılması olmadan yalnız əməkhaqqını yüksəltmək problemi tam həll etmir. Azərbaycanın əsas hədəfi maaşı artırmaqla yanaşı, həmin maaşla alınan məhsul və xidmətlərin qiymətini də aşağı salmaq olmalıdır. Əks halda vətəndaşa bir tərəfdən 300 manat əlavə maaş verib, digər tərəfdən həmin 300 manatı bahalaşan ərzaq, xidmət və digər gündəlik xərclərlə geri almaq mümkündür. Davamlı sosial siyasətin əsası nominal əməkhaqqının deyil, real gəlirin və real alıcılıq qabiliyyətinin artırılmasıdır”.

Son xəbərlər