Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Biznes üçün vahid maliyyə platforması yaradılacaq

27.05.2026 19:55 471
Biznes üçün vahid maliyyə platforması yaradılacaq
Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda mikro, kiçik və orta biznes (MKOB) subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində yeni tədbirlər nəzərdə tutulub.

Trend xəbər verir ki, sənədə əsasən, MKOB-ların müvəkkil kredit təşkilatları ilə əlaqə yaratmasına və güzəştli mexanizmlərə müraciət etməsinə imkan verən platformanın yaradılması planlaşdırılır.

Dövlət Proqramında qeyd olunub ki, tədbirin əsas icraçısı qismində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İN) müəyyən edilib. Prosesə Kənd Təsərrüfatı Nazirliyi (KTN) və İpoteka və Kredit Zəmanət Fondu (İKZF) cəlb olunacaq, Azərbaycan Mərkəzi Bankına (AMB) isə tövsiyələr veriləcək.

Sənədə görə, layihənin icrası 2027–2028-ci illəri əhatə edəcək.

İlkin mərhələdə maliyyələşmənin çevikliyinin artırılması xidməti üzrə uğurlu modellərin öyrənilməsi nəzərdə tutulur. Aralıq nəticə kimi vahid platformanın prototipinin hazırlanması planlaşdırılır.

Yekun nəticə olaraq isə bütün dövlət maliyyə dəstəyi proqramlarını birləşdirən platformanın istifadəyə verilməsi hədəflənir.

Son xəbərlər