Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda ilin sonunadək kripto haqqında qanun təsdiqlənə bilər

29.06.2026 12:48 639
Azərbaycanda ilin sonunadək kripto haqqında qanun təsdiqlənə bilər
"Azərbaycan Mərkəzi Bankı (AMB) 2027-2030-cu illəri əhatə edəcək yeni maliyyə sektorunun inkişaf strategiyası hazırlayır. Strategiyada rəqəmsallaşma və süni intellekt əsas prioritetlərdən olacaq".

Bu fikirləri Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi Bakıda keçirilən "Azərbaycanın Rəqəmsal Maliyyə Gündəliyi" tədbirində deyib.

O bildirib ki, AMB-nin rolu artıq təkcə maliyyə sabitliyini qorumaqla məhdudlaşmır:

"Hazırda biz, eyni zamanda, innovativ mühitin formalaşmasını özümüzə bir hədəf kimi görürük. Amma burada çox önəmli bir məsələ var - düzgün balansı qorumaq lazımdır".

Fidan Tofidinin sözlərinə görə, Mərkəzi Bankın tətbiq etdiyi xüsusi tənzimləmə rejimi (sandbox) innovativ maliyyə məhsullarının bazara çıxarılması üçün yeni imkan yaradıb:

"Biz bu iki ildə 35-dən çox müraciət almışıq. Bu, 35 yeni məhsul deməkdir. İndi isə düşünürük ki, bunu müraciət dövrlərinə bağlamayaq, daim açıq modelə keçək".

O qeyd edib ki, açıq bankçılıq layihəsi üzrə artıq bütün banklar inteqrasiya olunub:

"Açıq bankçılıq istifadəçilərə bir tətbiq üzərindən bütün hesablarını idarə etmək imkanı yaradır. Artıq bütün banklar inteqrasiya olunub, fintexlərin də sayı artıb. Bu, eyni zamanda sağlam rəqabət mühiti yaradır".

Departament direktoru bildirib ki, kriptoaktivlərlə bağlı qanun layihəsinin son variantı hazırlanaraq dövlət qurumlarına təqdim edilib:

"Virtual aktivlər, yəni kripto bazarları haqqında qanunun son versiyası artıq bizim tərəfdən hazırlanıb, dövlət qurumlarına göndərilib. Hər şey yaxşı getsə, ilin sonuna kimi ölkəmizdə kripto haqqında qanun təsdiqlənəcək".

Onun sözlərinə görə, növbəti strategiya real məlumatlara əsaslanacaq:

"Biz bütün maliyyə sektorunun rəqəmsal yetkinlik səviyyəsini ölçdük və çox maraqlı göstəricilər əldə etdik. Növbəti strateji dövr Mərkəzi Bankın fərziyyələrinə deyil, real məlumatlara əsaslanan strategiya olacaq".

Son xəbərlər