Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Rəqəmsal fırıldaqçılıqla mübarizə üzrə tələblərə riayət etməyən qurumlar cərimələnəcəklər (XƏBƏRDARLIQ)

10.06.2026 22:29 384
Rəqəmsal fırıldaqçılıqla mübarizə üzrə tələblərə riayət etməyən qurumlar cərimələnəcəklər (XƏBƏRDARLIQ)
Azərbaycanın maliyyə sektoru üçün hazırlanacaq "anti-fraud" (fırıldaqçılıqla mübarizə) qanununun tələblərinə riayət etməyən təşkilatlar cərimə ilə üzləşə bilər.

Median.Az
"Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentinin direktoru Elnur Eyvazlı deyib.

Onun fikrincə, hazırlanması gözlənilən "anti-fraud" qanunvericiliyi maliyyə sahəsində vahid tələblərin formalaşdırılmasına şərait yaradacaq:

"Bu tələblər müəyyən edildikdən sonra maliyyə sektorunun bütün iştirakçıları onlara uyğun fəaliyyət göstərməli olacaq. Minimum olaraq bir standart formalaşır və bütün maliyyə sektoru bu standartlara riayət edir. Adətən qaydalar qəbul edildikdən sonra qurumlara həmin tələblərə adaptasiya olunmaq üçün bir illik müddət ayrılır. Sonrakı ildən etibarən isə həmin tələblər əsasında yoxlamalar aparılır. İnformasiya təhlükəsizliyi qaydaları üzrə yoxlamalar necə həyata keçirilirsə, "anti-fraud" sahəsində də analoji yoxlamalar reallaşdırılacaq".

E.Eyvazlı vurğulayıb ki, yoxlamaların gedişində müəyyən edilən pozuntulara qarşı müvafiq tədbirlər görülə bilər:

"Mərkəzi Bankın bu məsələ ilə bağlı müəyyən proseduru mövcuddur. Həmin prosedurun çərçivəsində ilk növbədə xəbərdarlıq verilə, ardınca isə cərimə sanksiyaları tətbiq oluna bilər".

Son xəbərlər