Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |    
Mojo.az Avto
Mojo.az Avto

8 saatlıq iş rejiminə riayət etməyən sahibkarları hansı cəzalar gözləyir? - Nazir açıqladı

06.02.2020 22:23 1 532
8 saatlıq iş rejiminə riayət etməyən sahibkarları hansı cəzalar gözləyir? - Nazir açıqladı
"8 saatlıq iş rejiminə riayət edilməsi üçün yaradılan monitorinq qrupu 2 səpkidə işləyəcək".

Yeni sabah xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ilkin olaraq işlər bu sahədə olan şikayətlərin, müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, işə götürənlərin məlumatlandırılması, müvafiq xəbərdarlıq edilməsi istiqamətində olacaq: "İkinci mərhələdə iş yerlərində müvafiq səyyar yoxlamalar mərhələsi olacaq. Hazırda təklifləri hazırlayırıq. Təkliflər hökumətə veriləcək və müvafiq qərardan sonra təmin ediləcək. Araşdırma və monitorinqin biznes mühitinə mənfi təsir göstərməməsinə çalışırıq. Ona görə də ilk mərhələdə xəbərdarlığın edilməsi, işçiyə və işəgötürənə hüquq və vəzifələrinin izah edilməsi olacaq. Xəbərdarlıqdan sonra işəgötürən tələblərə riayət etməsə, müvafiq inzibati cərimə mexanizmi tətbiq ediləcək. Şikayətlərin dinamikasına uyğun olaraq hansısa sektorlar üzrə monitorinqlərdə daha çox fokuslaşma ola bilər". /APA

Son xəbərlər