Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |     20:54 Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub  |     20:50 Ramiz Mehdiyevə hökm oxundu: 14 il  |     20:39 Azər Qasımovun qardaşının məhkəməsində 200 minlik dələduzluğun detalları AÇIQLANDI  |     20:35 Deputat iranlı naziri tənqid etdi: “Əvvəl öz ölkəsindəki problemləri həll etsin”  |     20:14 Nihat Məmmədli dünya çempionatında gümüş medal qazandı  |     19:55 Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə cərimələnəcəklər  |     19:44 Metro stansiyalarında ürək aparatları quraşdırılacaq  |     19:44 Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü  |     19:36 "Sumqayıt"ın doğma meydanına qayıdacağı tarix açıqlandı  |     19:30 Hava dəyişir: Yağış, qar və sel xəbərdarlığı  |     19:13 Beş milyonluq obyektin söküntüsü ilə bağlı iş məhkəmədə  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda könüllü kredit qadağası olacaq

12.03.2026 20:21 501
Azərbaycanda könüllü kredit qadağası olacaq
Azərbaycanda könüllü kredit qadağası mexanizminin tətbiqi üzrə işlər yekunlaşma mərhələsindədir. Bu mexanizm vasitəsilə vətəndaşlar öz adlarına məsafədən kreditlərin verilməsinə məhdudiyyət qoymaq imkanı əldə etmiş olacaq, bu isə öz növbəsində fırıldaqçılıq risklərini əhəmiyyətli dərəcədə azalmasına xidmət edəcəkdir.

Bu barədə Mərkəzi Bank sədrinin müavini Toğrul Əliyev "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik" mövzusunda keçirilən forumda deyib.

O bildirib ki, rəqəmsal fırıldaqçılıq risklərinin azaldılması məqsədilə Mərkəzi Bank tərəfindən Mərkəzləşdirilmiş məlumat mübadiləsi sisteminin yaradılması istiqamətində də işlər aparılır.

“Bu sistem, banklar, ödəniş təşkilatları və digər səlahiyyətli qurumlar arasında operativ məlumat mübadiləsini təmin edəcək və fırıldaqçılıq hallarına daha sürətli reaksiya verilməsinə imkan yaradacaq. Mərkəzi Bank maliyyə institutlarının bazar davranışlarının hüquqi tənzimlənməsinin inkişaf etdirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirir. Bu məqsədlə, qabaqcıl təcrübəyə uyğun olaraq, beynəlxalq ekspertlər cəlb olunmaqla “Maliyyə institutlarının bazar davranışlarına dair Metodoloji Rəhbərlik” layihəsi hazırlanıb. Bu sənəd, maliyyə sektorunda şəffaflıq və ədalətli biznes davranışlarını təmin etməyə yönəlib və maliyyə institutları üçün məsuliyyətli davranış standartlarını müəyyən edir. Bununla yanaşı, nəzarət mexanizmlərinin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi və bazar davranışlarına risk əsaslı nəzarət modelinin tətbiqi planlaşdırılır ki, bu da istehlakçılar üçün daha yüksək risk yaradan məhsul, xidmət və institutlara daha intensiv nəzarətin həyata keçirilməsinə imkan verəcəkdir.Bütün bunlar, maliyyə istehlakçılarının hüquqlarının daha etibarlı şəkildə qorunması üçün şərait yaradacaq”, - deyə Toğrul Əliyev vurğulayıb.

T.Əliyev qeyd edib ki, Mərkəzi Bank maliyyə istehlakçılarının hüquqlarının qorunması sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir: “Bu çərçivədə Mərkəzi Bank ötən ilin oktyabr ayında Maliyyə İstehlakçılarının Müdafiəsi üzrə Beynəlxalq təşkilat olan “FinCoNet” təşkilatına tamhüquqlu üzv qəbul edilmişdir. Bu üzvlük rəqəmsal maliyyə xidmətləri sahəsində istehlakçı hüquqlarının qorunması üzrə qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə imkan yaradır. Eyni zamanda, Mərkəzi Bank İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Təhsili üzrə Beynəlxalq Şəbəkəsinə – OECD-INFE platformasına üzv olub. Bu əməkdaşlıq maliyyə savadlılığının artırılması və istehlakçıların məlumatlılığının yüksəldilməsi istiqamətində yeni imkanlar yaradır”.(Azərtac)

Son xəbərlər