Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Altı ayda bank kartlarından 800 min manat oğurlanıb - Mərkəzi Bankdan açıqlama

22.10.2025 16:34 648
Altı ayda bank kartlarından 800 min manat oğurlanıb - Mərkəzi Bankdan açıqlama
Azərbaycan Mərkəzi Bankı maliyyə bazarında informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində həyata keçirdiyi kompleks tədbirlər çərçivəsində bank sektorunun üzləşdiyi rəqəmsal fırıldaqçılıq statistikasını ictimaiyyətə açıqlayıb.

Median.Az
Mərkəzi Banka istinadən xəbər verir ki, təhlillər bütün fırıldaqçılıq hallarının ödəniş kartları istifadəçiləri tərəfindən şəxsi məlumatların kiberdələduzlara təqdim olunması nəticəsində baş verdiyini göstərir.

Ölkədaxili əməliyyatlar

1-ci rüb: 992 əməliyyat, zərər məbləği 430.944 AZN. Ən yüksək fırıldaqçılıq kateqoriyası hesab/kart məlumatlarının ələ keçirilməsi (68.8%). Ən çox istifadə olunan alət və avadanlıq: elektron ticarət və mobil tətbiq (96.9%).

2-ci rüb: 570 əməliyyat (27% azalma), zərər məbləği 344.083 AZN (11% azalma). Əsas kateqoriya hesab/kart məlumatlarının ələ keçirilməsi (44.47%), avadanlıq: elektron ticarət və mobil tətbiq (99.7%).

Ölkəxarici əməliyyatlar

1-ci rüb: 3628 əməliyyat, zərər məbləği 185.910 AZN. Ən yüksək fırıldaqçılıq kateqoriyası kartın fiziki iştirakı olmadan (80.3%), avadanlıq: elektron ticarət və mobil tətbiq (89.7%).

2-ci rüb: 4798 əməliyyat (13.8% artım), zərər məbləği 430.104 AZN (36.9% artım). Əsas kateqoriya kartın fiziki iştirakı olmadan (81.2%), avadanlıq: elektron ticarət və mobil tətbiq (87.3%).

Ölkədaxili əməliyyatlarda 1-ci rüblə müqayisədə 2-ci rübdə rəqəmsal fırıldaqçılıq hallarının məbləği 11 faiz, əməliyyat sayı 27% azalıb, təsirə məruz qalmış kart sayı isə 19% azalıb.

Ölkəxarici əməliyyatlarda əməliyyat sayı 13.8% artıb, zərər məbləği 36.9% yüksəlib, məruz qalmış kart sayı isə 16.8% çoxalıb.скачать dle 11.3
Mojo.az Banner