Mojo.az Banner
21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |     20:04 "Merry Beauty" və "A1 kitab Evi"ndə oğurluq  |     19:58 Premyer Liqa: "Neftçi" V turun açılış oyununda qələbə qazanıb  |     19:57 ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi  |     19:45 Paytaxtın üç küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq  |     19:38 Vuçiç sentyabrın sonunda istefa verəcək  |     19:19 Bu 4 bürcün həyatında dəyişikliklər başlayır  |     19:18 Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı  |     19:03 Xarici diplomatlar Cıdır düzündə  |     18:53 iPhone almaq istəyənlərə şad xəbər — Bu modellər ucuzlaşa bilər  |     18:38 Bakının mərkəzində küçədə yıxılan kişi öldü  |     18:34 Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı-Sumqayıt qatarına minənlərin təmassız ödənişləri 2 dəfədən çox artıb

28.02.2024 16:50 858
Bakı-Sumqayıt qatarına minənlərin təmassız ödənişləri 2 dəfədən çox artıb
2023-cü ildə Abşeron dairəvi dəmir yolu xəttinin stansiyalarında bank kartları ilə 1,1 milyon manat dəyərində 1,2 milyon dəfə ödəniş edilib.

Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.

Məlumata görə, bu, 2022-ci illə müqayisədə müvafiq olaraq 2,3 dəfə və 2,2 dəfə çoxdur.

Xatırladaq ki, AMB, "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Azərbaycan Dəmir Yolları" QSC və “Visa” beynəlxalq kart təşkilatı arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində icrasına 2020-ci ildə start verilmiş “Ölkənin dəmir yollarında gediş haqlarının təmassız bank kartları ilə ödənilməsi” layihəsi 2021-ci ilin iyun ayında real rejimində sərnişinlərin istifadəsinə təqdim olunub. Layihənin icrası nəticəsində Bakı və Sumqayıt şəhərləri arasında hərəkət edən sürətli sərnişin qatarlarına minmək üçün istənilən bankın ödəniş kartları vasitəsilə təmassız ödəniş imkanı yaradılıb.

Hesabat dövründə Bakı şəhəri üzrə ictimai nəqliyyatda gedişhaqlarının ödənilməsində istifadə olunan kartların balansının artırılması üzrə həyata keçirilən nağdsız əməliyyatların sayı 2,5 milyon, məbləği isə 8,7 milyon manat olub. İl ərzində sürətli pul köçürmə sistemləri vasitəsilə daxilolmaların məbləği 2,5 milyard manat ekvivalentində, xaricolmaların məbləği isə 616,4 milyon manat ekvivalentində olub.скачать dle 11.3
Mojo.az Banner