Mojo.az Banner
20:37 Ceyhun Bayramov kanadalı həmkarına Ermənistanla sülh prosesinin son vəziyyətini çatdırdı  |     20:24 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxılıb  |     20:13 Çörək yenidən bahalaşa bilər? - VACİB AÇIQLAMA  |     19:51 Bakıda şəhid xanımı müavinət kartına görə öldürüldü - DETALLAR  |     19:49 Yeni telefonlar niyə bizə gec və baha gəlir? – Səbəblər açıqlandı  |     19:19 Kürdəmirdə məktəblinin meyiti tapıldı  |     19:10 Günəşdə "ürək döyüntüsü" aşkarlandı: Yer kürəsinə təsir edə bilər  |     19:05 Dələduzun Rusiyada "Tümen planı": 12 nəfərlik briqada adı ilə vətəndaşları necə aldatdılar?  |     19:05 Əli Əsədov Ukrayna baş nazirinin birinci müavini ilə görüşüb  |     18:29 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır - FƏRMAN  |     18:17 AYNA vəkilə iki manat parklanma pulu ödəyəcək  |     18:15 Naxçıvanda Prezident nümayəndəliyinə 1-ci kateqoriya DÖVLƏT ORQANI statusu verilir  |     18:10 Pensiyalar yenidən artırılır: Yeni artımlar inflyasiyanın qarşısını ala biləcəkmi? – Ekspertdən AÇIQLAMA  |     18:05 Borclu və zamin "Bank Respublika"nı məhkəməyə verdilər: 45 minlik avtomobil qanunsuz satılır?  |     17:31 Ölkənin 6 rayonunda QAZ KƏSİLƏCƏK (Yenilənib)  |     17:29 BTQ vasitəsilə sərnişin daşınacaq? - RƏSMİ AÇIQLAMA  |     15:27 Bakıda 40 mindən çox sakini olan qəsəbə 2 GÜN SUSUZ QALACAQ  |     15:22 Kahının içərisində 22 kq marixuananı gizlədib daşıyanlar ifşa edildilər - VİDEO  |     15:17 Nazir rəislərin yerini dəyişdirdi  |     14:52 Narkoloji arayış "ASAN xidmət"də veriləcək  |    
Left Banner
Right Banner

Sumqayıt qatarında kartla ödənişə başlanıldı

13.08.2018 13:24 1 470
Sumqayıt qatarında kartla ödənişə başlanıldı
Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarından istifadə edən sərnişinlərin məmnunluğunun təmin edilməsi və sərnişinlərə göstərilən xidmət mədəniyyətinin yüksəldilməsi məqsədi ilə 13.08.2018-ci il tarixdən etibarən həmin qatarlarda bilet satışı sistemi ilə yanaşı elektron plastik ödəniş kartları tətbiq ediləcəkdir.

Azərbaycan Dəmir Yolları QSC-dən verilən məlumata görə, yeni ödəniş sistemində sərnişin elektron gediş kartı alacaq, balansı artıracaq və istifadə etdikcə, məsafəyə uyğun olaraq vəsait kartın balansından silinəcəkdir. Başqa sözlə, hər dəfə kassadan bilet almağa ehtiyac olmayacaqdır. Bir plastik kart bir sərnişin üçün nəzərdə tutulub.

Elektron plastik ödəniş kartlarını Bakı-sərnişin, Biləcəri, Xırdalan, Sumqayıt stansiyalarının bilet kassalarında əldə etmək olar.

Elektron plastik ödəniş kartları biznes-klass vaqonlarda gediş zamanı müvəqqəti olaraq tətbiq edilmir. Biznes-klass vaqonu ilə səfər edəcək sərnişinlər bilet kassalarından və ya köşklərdən gediş sənədini (bileti) əldə etməlidirlər.

Qeyd edək ki, gediş kartından istifadə qaydaları ilə "Azərbaycan Dəmir Yolları” QSC-nin www.ady.az saytında tanış olmaq olar.скачать dle 11.3
Mojo.az Banner