Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:40 Huanqın "Nvidia"ya qayıdışı onun sərvətini 34 milyard dollar artırdı | 12:27 Ceki Çan qayıdır: "Pik saatı 4" filmi uzun danışıqlardan sonra təsdiqləndi | 12:23 HPV peyvəndinin Azərbaycanda tətbiqi gözlənilir: Tanınmış həkim DANIŞDI | 12:21 Əsginasın həqiqi olub-olmadığını necə yoxlamaq olar? | 12:13 Minimum əməkhaqqı 700 manat ola bilər? – AÇIQLAMA | 12:08 İlham Əliyev Monteneqronun baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib | 12:04 Atasının qətlini sifariş verən şəxs və tanışları yenidən məhkəmə qarşısında | 12:02 Azərbaycan Prezidenti: "Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" | 11:58 Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb | 11:57 Leyla Əliyeva "Torpaq" adlı konseptual qrup sərgisindən paylaşım edib | 11:56 Bakıda quraşdırılacaq yeni işıqforların hərəkət qaydaları açıqlandı | 11:36 Azərbaycanda dini təhsil alan qızların sayı açıqlandı | 11:28 Bakıda "Prius" 27 yaşlı kişini vurub öldürdü | 11:18 DSX-nin hərbi qulluqçusu vəfat etdi - Səbəb | 22:59 Binəqədidə ikimərtəbəli ev yanıb | 22:50 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət etdi - FOTO | 22:43 Şəmkirdə parçalanmış kişi meyiti tapıldı | 22:35 Bu ərazilərdə su olmayacaq | 22:27 Qışda D vitamini çatışmazlığının qarşısını alan 3 əsas qida | 22:20 “Barselona” Bakıya gəldi |
Mojo.az Avto
Mojo.az Avto

Ceki Çan qayıdır: "Pik saatı 4" filmi uzun danışıqlardan sonra təsdiqləndi

24.11.2026 12:27 51
Ceki Çan qayıdır:
Məşhur aktyor Ceki Çan "Pik saatı" komediya-döyüş filminin dördüncü hissəsində iştirak etmək üçün müqavilə imzalayıb. Onun əvvəlki filmlərdəki tərəf müqabili Kris Taker də razılaşma əldə etməyə yaxındır.

Bu barədə franşizanın prodüseri Artur Sarkisyan "Puck" nəşrinə məlumat verib.

Çəkiliş prosesinin 2027-ci ilin yazında Çin, İtaliya, Səudiyyə Ərəbistanı və Afrika ölkələrində başlanması planlaşdırılır. Ekran işinin büdcəsi təxminən 120 milyon dollar olaraq qiymətləndirilir. Filmin rejissoru əvvəlki üç hissəni lentə alan Brett Retner olacaq. Filmin yayımı ilə franşiza hüquqlarının sahibi "Warner Bros." ilə müqavilə bağlayan "Paramount Pictures" məşğul olacaq.

Maliyyə fikir ayrılıqları səbəbindən aktyorlarla aparılan danışıqlar bir müddət uzanmışdı. İlkin təkliflərə əsasən, Çan və Takerə hər biri üçün 8 milyon dollar ödənilməsi nəzərdə tutulurdu, baxmayaraq ki, 2007-ci ildə üçüncü hissəyə görə onların hər biri təqribən 20 milyon dollar qazanmışdı.

Orijinal "Pik saatı" filmi 1998-ci ildə tamaşaçılara təqdim edilib. Honkonqlu müfəttiş Li və amerikalı detektiv Ceyms Karterin macəralarından bəhs edən üç film dünya kinoprokatında ümumilikdə 850 milyon dollardan çox gəlir əldə edib.

Dördüncü hissənin premyerası ilkin olaraq 2028-ci ildə gözlənilir. Takerin layihədə iştirakı hələlik yekun olaraq təsdiqini tapmayıb.
//oxu.az

Son xəbərlər