Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Ceki Çan Azərbaycana gəlir?

20.07.2026 20:36 387
Ceki Çan Azərbaycana gəlir?
Dünya şöhrətli aktyor və döyüş sənətləri ustası Ceki Çanın avqustun əvvəlində Azərbaycana gələcəyi iddia edilib.

Bununla bağlı sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, aktyor yeni çəkilən "Armour of God 4: The Ultimatum" filminin bəzi səhnələrinin lentə alınması üçün təxminən 10 gün Bakıda qalacaq.

Filmin çəkilişlərinin paytaxtın bir sıra məşhur məkanlarında aparılması planlaşdırılır. Bunlar arasında İçərişəhər, Dağüstü park, Bakı Funikulyoru, Yaşıl Teatr, Fəvvarələr meydanı və şəhərin mərkəzi küçələri yer alır.

"Armour of God" filmlər silsiləsinin növbəti hissəsi olan ekran işi Çin və Qazaxıstanın birgə layihəsidir. Filmdə baş rolu Ceki Çan canlandırır. Hazırda çəkilişlər Qazaxıstanda davam edir və komanda daha sonra işini Azərbaycanda davam etdirəcək.

Filmin 2027-ci ilin ikinci rübündə nümayişə çıxması nəzərdə tutulur. \\axsam.az

Son xəbərlər