Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

Ceki Çan Azərbaycana gəlir

14.05.2026 14:37 2 421
Ceki Çan Azərbaycana gəlir
Dünyaşöhrətli aktyor Ceki Çan "Tanrının yaraqları 4: Ultimatum" filmini Qazaxıstan və Azərbaycanda çəkəcək.

Bu barədə "Variety" məlumat verir.

Bu, aktyorun Orta Asiyada çəkilən ilk layihəsi olacaq. Çəkilişlər 2026-cı ilin iyul ayında başlayacaq və dünya premyerası 2027-ci ilin ikinci rübündə planlaşdırılıb.

Layihənin rejissor kürsüsündə əvvəllər "Gecə növbətçisi", "Xüsusilə təhlükəli" və "Major Grom" kimi filmlər üzərində işləmiş Robert Kun əyləşəcək.

Filmin yeni seriyası "Asiya şahini" ləqəbli Çanın macəralarını davam etdirəcək. Ssenariyə əsasən, baş qəhrəman dəyəri 20 milyon dollardan çox olan qədim Tumar artefaktını əldə etmək üçün yenidən təhlükələrlə dolu bir mübarizəyə qoşulacaq.

Sözügedən kino layihəsi Qazaxıstanın "Salem Entertainment" şirkəti tərəfindən, Astana Beynəlxalq Maliyyə Mərkəzinin qeydiyyatında olan "Alem" Fondunun dəstəyi ilə ərsəyə gətirilir.

Xatırladaq ki, daha əvvəl filmin bəzi səhnələrinin Özbəkistanda lentə alınması ehtimalı da müzakirə mövzusu olmuşdu. 2025-ci ilin dekabrında "Salem Entertainment" şirkətinin nümayəndələri həmin ölkəni potensial çəkiliş məkanı kimi qiymətləndirmişdilər.скачать dle 11.3
Mojo.az Banner