Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda daha bir həkim vəfat etdi

16.11.2026 21:37 18
Azərbaycanda daha bir həkim vəfat etdi
Sumqayıt Tibb Mərkəzinin həkimi Şahin Əliyev vəfat edib.

Median.Az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin 7 nömrəli Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-terapevti Şahin Əliyev dünyasını dəyişib.

Qeyd edək ki, 1978-ci ildə Sumqayıt şəhərində anadan olan Şahin Əliyev 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2001-2002-ci illərdə 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında terapiya üzrə internatura təhsili alıb.

2002-2022-ci illərdə Sumqayıt 3 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında sahə həkimi vəzifəsində çalışıb. 2022-ci il yanvarın 4-dən etibarən isə 7 nömrəli Ailə Sağlamlıq Mərkəzində ailə həkimi-terapevti kimi fəaliyyət göstərib.

Məlumata görə, Şahin Əliyev müalicə aldığı xəstəxanada vəfat edib.

Xatırladaq ki, ötən gün "Caspian International Hospital"ın təcili tibbi yardım həkimi Vüqar Vahid oğlu İbrahimov vəfat edib. Onun infarkt keçirərək öldüyü bildirilir.//oxu.az


Azərbaycanda daha bir həkim vəfat etdi

Son xəbərlər