Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:57 Aİ Ukraynaya 8 milyard avro maliyyə yardımı ayırıb | 19:46 Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib? | 19:40 Bakıda 18 istiqamətdə sıxlıq var | 19:28 Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişiklikləri: Yeni təyinatlar - Adlar | 19:11 Güclü küləklə bağlı xəbərdarlıq | 19:10 Qlobal kiberhücum təhlükəsi: Azərbaycanı nə gözləyir? | 19:09 İki ölkədə "Telegram"a qadağa qoyuldu: Səbəb | 19:07 Bakıda Türkiyə vətəndaşını avtomobil vurdu | 16:08 Avtomobil və ev sahiblərinin diqqətinə: Küləkli havada... | 16:03 Bu marşrutun hərəkət sxemi dəyişdirildi | 15:55 Deputatdan rus bölməsinə etiraz: "157 min şagirdin xərclərini də dövlət ödəyir" | 15:53 Bakıda məşhur restoran yanır - VİDEO | 15:49 Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq | 15:47 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi | 13:59 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar | 13:47 Ötən ay 130 nəfər Azərbaycandan deportasiya edilib | 13:43 "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi | 13:42 İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı | 13:41 Dövlət xidmətinə yeni səlahiyyət verildi, işçilərinin say həddi artırıldı - Fərman | 13:40 Həmkəndlisini qısqanclıq zəminində öldürüb basdıran şəxsə hökm oxundu |
Mojo.az Avto
Mojo.az Avto

Aİ Ukraynaya 8 milyard avro maliyyə yardımı ayırıb

16.11.2026 19:57 90
Aİ Ukraynaya 8 milyard avro maliyyə yardımı ayırıb
Avropa İttifaqı (Aİ) Ukraynaya "Ukraine Facility” proqramı çərçivəsində təxminən 8 milyard avro həcmində maliyyə yardımının ayrılmasını təsdiqləyib.

Aİ Şurasının rəsmi saytında yayılan məlumatda bildirilir ki, bu proqramın fəaliyyətə başlamasından bəri Kiyevə ayrılan ən böyük birdəfəlik ödənişdir.

Qeyd edilib ki, ayrılacaq vəsaitin təxminən 5 milyard avrosu 2026-cı il üçün nəzərdə tutulan "Ukraine Support Loan” proqramından təmin ediləcək.

Aİ Şurasının məlumatına görə, maliyyə vəsaitinin köçürülməsi Ukraynanın "Ukrayna Planı” çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən asılıdır. Həmin plan ölkənin bərpası, yenidən qurulması və modernləşdirilməsi strategiyasını, eləcə də islahatların həyata keçirilməsi qrafikini müəyyən edir.

Xatırladaq ki, "Ukraine Facility” proqramı 2024-cü il martın 1-də qüvvəyə minib. Proqram 2024–2027-ci illərdə Ukraynaya bərpa, yenidənqurma və modernləşmə məqsədilə qrant və kreditlər şəklində 50 milyard avrodan çox maliyyə dəstəyi göstərilməsini nəzərdə tutur.

Son xəbərlər