Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:01 Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama | 11:52 Bakıda kütləvi dava: Üç nəfər bıçaqlandı | 11:41 Abşeronda 89 yaşlı qadın zəhərlənib öldü | 11:37 Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa | 11:28 Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar | 11:16 Bakıda qadın sürücü qəza törətdi, ölən var | 11:11 Alyona Əliyeva COP31-dən paylaşım edib - Foto | 11:08 MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır | 11:03 Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi | 23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama |
Mojo.az Avto
Mojo.az Avto

Ukraynaya yeni PUA və raketlər alınması üçün milyardlarla avro ayrıldı

18.09.2026 16:40 384
Ukraynaya yeni PUA və raketlər alınması üçün milyardlarla avro ayrıldı
Avropa Komissiyası (AK) Ukraynaya dəstək məqsədilə nəzərdə tutulan 90 milyard avroluq kredit proqramı çərçivəsində silah-sursat tədarükü üçün Kiyevə 3.3 milyard avro məbləğində vəsait göndərir.

Bu məlumatı AK rəhbəri Ursula fon der Lyayen bəyan edib.

"Biz bu gün Ukraynaya yardım krediti xətti ilə pilotsuz uçuş aparatları və raketlərin tədarükü üçün 3.3 milyard avro ayırırıq. Avropa bundan sonra da Ukraynanın öz ərazisini və əhalisini müdafiə etməsi üçün tələb olunan dəstəyi göstərəcək", - deyə AK-nin mətbuat xidmətinin yaydığı bəyanatda fon der Lyayenin sözlərindən sitat gətirilir.

Məlumatda vurğulanır ki, ayrılan bu maliyyə tranşı Kiyevin hava hücumundan müdafiə ehtiyaclarını, o cümlədən "Patriot" sistemləri üçün nəzərdə tutulan "PAC-3" raketlərinin təminatını qarşılamaq məqsədi daşıyır. Xatırladaq ki, sentyabrın 11-də Avropa Komissiyası Ukraynanın hava və raket hücumundan müdafiəsi, eləcə də digər hərbi ehtiyacları üçün əlavə 6.1 milyard avro ayrılmasına razılıq vermişdi.

Son xəbərlər