"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi
"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib.
Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Əsasnamənin 4-cü hissəsində qeyd olunan məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanları (qurumları) idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin tam rəqəmsallaşdırılması məqsədilə, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri əsasında, altı ay müddətində sahibi və ya operatoru olduqları dövlət informasiya ehtiyatlarının və sistemlərinin təkmilləşdirilməsi və Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə "Bir pəncərə" informasiya sisteminə inteqrasiyası ilə bağlı tədbirlər görməlidirlər.