Güclü külək reklam lövhələrini aşırsa, məsuliyyəti kim daşıyır? – AÇIQLAMA
Şəhərin müxtəlif ərazilərində quraşdırılan reklam lövhələri və iriölçülü konstruksiyalar güclü külək zamanı təhlükə mənbəyinə çevrilə bilər. Xüsusilə konstruksiyaların düzgün quraşdırılmaması və texniki vəziyyətinə nəzarətin zəif olması belə hadisələrin başvermə ehtimalını artırır. Bu baxımdan reklam qurğularının təhlükəsizlik standartlarına uyğunluğu məsələsi diqqət çəkir. Açıq ərazilərdə quraşdırılan reklam lövhələri hansı külək sürətinə hesablanmalıdır? Belə qurğuların mütəmadi yoxlanılması həyata keçirilirmi?
Bu barədə marketoloq Samir Mehdiyev Median.Az-a açıqlama verib.
O qeyd edib ki, marketinqdə açıq hava reklamları brendin görünürlüyünü artıran ən güclü vasitələrdən biridir, amma bu görünürlük heç vaxt təhlükəsizlikdən önə keçməməlidir:
Bu barədə marketoloq Samir Mehdiyev Median.Az-a açıqlama verib.
O qeyd edib ki, marketinqdə açıq hava reklamları brendin görünürlüyünü artıran ən güclü vasitələrdən biridir, amma bu görünürlük heç vaxt təhlükəsizlikdən önə keçməməlidir:
“Küləkli iqlim şəraiti olan şəhərlərdə iriölçülü reklam konstruksiyaları sadəcə kommunikasiya aləti deyil, həm də ictimai məsuliyyət məsələsidir. İstehlakçı artıq təkcə mesajın kreativliyinə yox, həmçinin brendin öz auditoriyasına və ətraf mühitə nə qədər dəyər verdiyini də qiymətləndirir. Əgər bir reklam lövhəsi güclü külək zamanı insanlara və ya əmlaka təhlükə yaradırsa, həmin daşıyıcıda yer alan brendin imici də birbaşa zədələnir. Bu baxımdan, açıq hava reklamlarının qurulması zamanı ərazinin külək yüklərinin düzgün hesablanması və tikinti-təhlükəsizlik standartlarına əməl edilməsi bazarın yazılmamış qızıl qaydası olmalıdır. Podratçı şirkətlə danışıqlar zamanı bu məsələyə maksimum həssaslıqla yanaşmaq lazımdır”.
Onun sözlərinə görə, ancaq prosses sadəcə qruğu hazırlanana qədər olmamalıdır:“Bu qurğuların quraşdırıldıqdan sonra nəzarətsiz buraxılmaması, mövsümi dəyişikliklər və kəskin hava xəbərdarlıqları fonunda mütəmadi yoxlanılması peşəkar yanaşmanın ayrılmaz hissəsidir. Zaman keçdikcə qurğuda hər hansısa bir deformasiya olma ehtimalı qaçılınmazdır. Sağlam reklam bazarı o zaman formalaşır ki, həm sifarişçi brendlər, həm də icraçı şirkətlər vizual effektlə bərabər qurğunun təhlükəsizliyini düşünsünlər. Çünki güvən yaratmayan heç bir kommunikasiya uzunmüddətli uğur gətirə bilməz. Sabah baş verəcək hərhansısa bir neqativ hadisə şirkətə ciddi maddi zərər və brend imicinə neqativ təsir göstərə bilər”.
