Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:39 Dövlət qeydiyyat nişanını saxtalaşdıran sürücü həbs edilib | 12:36 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 12:35 Bu ərazilərə qar yağır | 12:34 FHN: Ötən həftə 182 yanğın olub, 6 nəfərin meyiti tapılıb | 12:33 Bu ərazilərdə evlər bahalaşdı | 12:30 Küləkli hava şəraitində işləyənlərlə bağlı qanunda yenilik | 12:24 Arvadını xəncərlə öldürən ər: "Dedim ki, Səlimlə münasibətini etiraf et, səni bağışlayım" | 12:23 Krım körpüsü vuruldu: Hərəkət dayandı | 12:22 Saatyarımlıq gecikmə, sıfır məlumat: Sərnişinlər ADY-dən narazılıq edirlər | 12:20 Azərbaycanda daha bir vəkil həbs edildi | 12:19 Bakıda güclü külək 32 ağacı sındırıb | 12:18 Azərbaycan millisi bu gün Andorra sınağına çıxır | 12:08 Bakıda hasar uçdu: 48 yaşlı qadın öldü | 12:06 DSX-dən əməliyyat: Paraplan zərərsizləşdirildi, iranlı tutuldu - FOTO/VİDEO | 12:04 İki rayonda əməliyyat: Saxlanılanlar var | 12:02 637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat | 12:00 Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə maraqlı tapıntı - FOTO | 11:58 Bu il işləmək məqsədilə neçə Azərbaycan vətəndaşı Rusiyaya gedib? | 11:53 Estoniya Rusiya ilə sərhədi tamamilə bağlamağa hazırlaşır: Tarix açıqlandı | 11:51 Ombudsman Ağstafadakı partlayışla bağlı beynəlxalq ictimaiyyətə çağırış etdi |
Mojo.az Avto
Mojo.az Avto

Dövlət qeydiyyat nişanını saxtalaşdıran sürücü həbs edilib

16.11.2026 12:39 36
Dövlət qeydiyyat nişanını saxtalaşdıran sürücü həbs edilib
Dövlət qeydiyyat nişanını saxtalaşdıran sürücü həbs edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, YPX Alayının əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub.

Belə ki, Şirvan şəhər sakini İ.Həsənovun idarə etdiyi "Chevrolet" markalı avtomobil cərimə borcu olduğu üçün Hacıqabul-Horadiz yolu üzərində yerləşən stasionar postda saxlanılıb.

Araşdırma zamanı sürücülük hüququ məhdudlaşdırılan İ.Həsənovun avtomobilin dövlət qeydiyyat nişanlarını saxtalaşdırması aşkarlanıb. Qeyri-adekvat hərəkətləri ilə şübhə doğuran İ.Həsənovun tibbi müayinədən keçməsi təmin edilib.

Müayinə zamanı İ.Həsənovun narkotik maddə qəbul etməsi müəyyən olunub və o, bu əməlini etiraf edib.

Faktla bağlı toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib və İ.Həsənov inzibati qaydada həbs edilib.

Son xəbərlər