Saatyarımlıq gecikmə, sıfır məlumat: Sərnişinlər ADY-dən narazılıq edirlər
Ötən gün Ağstafadan Bakıya gələn qatarın gecikməsi sərnişinlərin narazılığına səbəb olub.
Bununla bağlı sosial şəbəkədə müzakirə aparılıb.
Qeyd edilib ki, qatar 1.5 saat gecikib.
"Qatar saat 21:43-də Bakıda olmalı idi. Saat 22:35-dir, nəinki paytaxta, heç Biləcəriyə belə gəlib çata bilməmişik. Nə gecikmə səbəbi, nə də Bakıya nə vaxt çatacağımız haqqında məlumat verilir", - deyə sərnişin bildirib.
O, yaranmış vəziyyəti məsuliyyətsizlik kimi qiymətləndirərək sərnişinlərin vaxtına hörmət edilmədiyini vurğulayıb.
Məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarına sorğu verilib.
//oxu.az