Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:53 Abşeronda güclü yanğın: Əməliyyat görüntüləri - Video | 12:51 "TikTok"da qadından hədiyyə alan kişi arvadının qolunu sındırdı | 12:50 Günəşdən nəhəng püskürmə baş verdi: Yerə təsiri olacaq? | 12:41 Alyona Əliyeva "ENQRAM" sərgisindən paylaşım edib - Foto | 12:40 Bazarlarda meyvə-tərəvəz bahalaşıb - Video | 12:27 Zərdabda iki avtomobil toqquşdu: Xəsarət alanlar var | 12:23 Bakıda 31 yaşlı kişi özünə xəsarət yetiribmiş - Təfərrüat | 12:06 Bakıda "Rəmiş" hotelin fəaliyyəti dayandırıldı - Video | 11:52 Piyadanı vurub ağır yaralayan sürücünün cinayət işinə xitam verildi: Səbəb | 11:41 Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq: "Babəli Türkiyədə saxta pul alverinə girişib" | 11:38 Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama | 11:25 Lionel Messiyə dair sensasion transfer iddiası | 11:23 Bəzi həkimlərə xüsusi rütbələr veriləcək | 11:21 Mərkəzi Bankın keçmiş baş direktoruna yeni vəzifə verildi | 22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı |
Mojo.az Avto
Mojo.az Avto

Bakıya gələn qatarlar gecikir, sərnişinlərin halı pisləşib

22.09.2018 14:58 5 642
Bakıya gələn qatarlar gecikir, sərnişinlərin halı pisləşib
Dəmir yolu ilə ölkənin qərb istiqamətindən Bakıya gələn qatarların hərəkət qrafikində böyük gecikmə yaranıb.

Median.Az
Milli.Az-a istinadən xəbər verir ki, Böyük Kəsikdən, Qazaxdan və Tbilisidən Bakıya gələn qatarların hərəkətin çox böyük gecikmə var.

Bakıya gələn sərnişinlərin qohumlarının bildirdiyinə görə, gecikmə çox uzun çəkdiyindən qatarlarda bəzilərinin halı da pisləşib.

Bakı Sərnişin Stansiyasından qohumlarını gözləyənlərə bildiriblər ki, gecikmə ən azı 4-5 saat təşkil edib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Oxu.Az-a açıqlamasında qatarların Bakıya gecikməsinin səbəbi dəmir yolunda baş vermiş qəza ilə əlaqəlidir:

“Böyük Kəsikdən Bakıya gələn 665 saylı sərnişin qatarı ötən gecə saat 02:27 radələrində Ucar rayonu Müsüslü stansiyasından keçərkən elektrovoz relsdən çıxıb. Baş verən qəza zamanı hər hansı xəsarət olmayıb”.

Sevinc Qədirova qeyd edib ki, qatarların gecikməsi 3 saat çəkib:

“Bakıya gələn sərnişinlər digər qatarlara yerləşdirilib. Qəzaya uğramış lokomotiv dəmir yolunun qəza briqadası tərəfindən yoldan çıxarılıb, qatarların hərəkəti tam bərpa edilib. Bir neçə qatar artıq Bakıya çatıb. Qəzanın baş verməsi səbəblərinin araşdırılır”.

Son xəbərlər