Zaur Rzayev vəfat etdi
Azərbaycanın Xalq artisti Zaur Rzayev vəfat edib.
Median.Az Manşet.az-a istinadən xəbər verir ki, uzun müddətdir səhhətində ciddi problemlər olan Z.Rzayev bu dəqiqələrdə Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, Xalq artistinin səhhəti oktyabrın 14-də pisləşib və o, xəstəxanaya yerləşdirilib.
Zaur Rzayev 1952-ci il yanvarın 28-də Kürdəmir rayonunda anadan olub. O, Asəf Zeynallı adına Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.
Müxtəlif musiqi kollektivlərində solist kimi fəaliyyət göstərən sənətçi 1994-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblına rəhbərlik edib.
Zaur Rzayev 1998-ci ildə Əməkdar artist, 2003-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.