Mojo.az Banner
13:06 Azərbaycan millisinin heyəti açıqlanıb  |     13:04 Bu gün Azərbaycanda Milli Musiqi Günüdür  |     13:02 Tbilisinin uşaq bağçalarında kütləvi zəhərlənmə  |     13:00 DSX-nin tarixinə düşən general vəfat etdi - FOTO  |     12:53 “Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”  |     12:52 Azərbaycan vətəndaşlarının banklarda nə qədər pulu var? - Rəqəmlər açıqlandı  |     12:51 Novxanıda içməli su küçəyə axır - Sakinlərdən şikayət - VİDEO  |     12:48 Paytaxtda yol cizgisinə müdaxilə edən şəxslər məsuliyyətə cəlb olundular - Video  |     12:45 Ermənistanda keçmiş baş nazirin qardaşı saxlanıldı  |     12:34 Deputat universitetdən qovulan tələbədən danışdı: “Şans verilməli idi”  |     12:19 DTX-dən 5 ölkədə sinxron əməliyyat: Azərbaycanda qətllər planlaşdıran 10 terrorçu həbs olundu - VİDEO  |     12:16 Tramp və Si Cinpinin rəsmi şam yeməyində kim iştirak edəcək?  |     12:06 Əmtəə və maliyyə məhsul şəhadətnamələri arasındakı fərq müəyyənləşdirilir  |     11:53 Nigar Fərhad barədə qərar verildi - Şikayətçilər artır  |     11:42 Azərbaycan nefti ucuzlaşıb  |     11:41 "Formula-1" zamanı Bakı yollarında hərəkət necə olacaq?  |     11:25 Yeniyetməni döyüb komaya saldılar - Süni tənəffüs aparatına qoşuldu  |     11:24 Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi  |     11:17 Məhsul şəhadətnaməsi təkrar satıla və girov qoyula biləcək  |     23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat etdi

26.10.2024 13:21 801
Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat etdi
Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib.

Bu barədə "Report"a onun yaxınları məlumat verib.

O, unun uzun sürən xəstəlikdən sonra 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ş.Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olub. İlk təhsilini elə orada alıb. 1964-1969-cu illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqili komediya aktyorluğu fakültəsində oxuyub. Daha sonra Şahlar Quliyev indiki Bakı Musiqi Akademiyasına daxil olub. 1973-cü ildə həmin təhsil müəssisəsini bitirdikdən sonra o, burada 2 il Şövkət Məmmədova adına Opera studiyasında, 1975-ci ildən başlayaraq isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi çalışıb.

O, "Leyli və Məcnun”da Nofəl, "Şah İsmayıl”da Aslan şah, "Aşıq Qərib”də Şahvələd, "Sevil”də Atakişi, "Arşın mal alan”da Süleyman, "Koroğlu”da Həsən xan, "Aida”da Amonasro, "Karmen”də Eskamilio, "Payatsı”da Tonio, "Bohema”da Şonar rollarını canlandırıb. Bundan əlavə, o, 2000-ci ildə çəkilən "Qız qalası” və 2007-ci ildə lentə alınan "Bəylik dərsi” filmlərində rol alıb. 1991-ci ildə Əməkdar artist, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görulüb.скачать dle 11.3
Mojo.az Banner