Mojo.az Banner
12:26 Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı  |     12:21 Sabirabadda qəsdən yanğın törədən şəxs tutuldu  |     12:14 Valyuta ehtiyatları 90 milyard dolları keçib  |     12:08 İşə düzəltmək adı altında dələduzluq  |     12:00 Azərbaycanda orta aylıq əməkhaqqı 1 177 manata çatıb  |     11:55 Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanıldı  |     11:47 Şəkidə faciəli şəkildə ölən Ucal öncəki gün evliliyinin birinci ildönümünü qeyd edibmiş  |     11:43 Evli olduğu halda məktəblini təqib etdi, toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"la bağlı maraqlı iddia  |     11:38 Anar Bayramov direktor müavinini işdən çıxardı  |     11:31 Valideynlərin DİQQƏTİNƏ - Bağçaya növbəyə yazılma prosesinə başlanılır  |     11:24 Dövlətə qarşı çağırışlarına görə DTX-nin saxladığı şəxsə HÖKM OXUNDU  |     11:17 Şəkidə məşhur əyləncə mərkəzindəki faciədə ölənlərdən biri agentlik əməkdaşı imiş - FOTO  |     11:16 İnfarktdan qısa müddət əvvəl hansı əlamətlər peyda olur?  |     11:15 İranda tələbə qızlar üçün yeni hicab qaydaları tətbiq ediləcək - FOTO  |     11:12 Vuçiç Serbiyada parlament seçkisinin vaxtını AÇIQLADI  |     11:06 “Sənədin olması qurğunun saz olduğunu göstərmir” – Kanat faciəsindən sonra ŞOK AÇIQLAMA  |     11:04 Azərbaycan neftinin qiyməti 108 dolları ötüb  |     23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |    
Left Banner
Right Banner

Əməkdar artist Mövsüm Hüseynov vəfat edib

20.01.2025 12:28 2 427
Əməkdar artist Mövsüm Hüseynov vəfat edib
Sumqayıt Dövlət Dram Teatrının sevilən aktyoru, Azərbaycan Respublikasının Əməkdar artisti Mövsüm Turbəndə oğlu Hüseynov vəfat edib.

O, uzun sürən xəstəlikdən sonra vəfat edib.

O, 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olub. 1980-1985-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda təhsil alıb. 1982-1995-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram, 1995-1997-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya, 1997-2008-ci illərdə Bakı Bələdiyyə teatrlarında çalışıb.

2010-cu ildən ömrünün sonunadək yenidən Sumqayıt Dövlət Musiqili Dram Teatrında fəaliyyətini davam etdirib. Mövsüm Hüseynov 16 oktyabr 2018-ci ildə "Azərbaycanın Əməkdar artisti" fəxri adına layiq görülüb.

Fəaliyyəti dövründə "Hücum", "Qəzəlxan", "Yük", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Hotel otağı" və s. filmlərə çəkilib, teatr səhnəsində onlarla obraz canlandırıb.скачать dle 11.3
Mojo.az Banner