Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək?
Azərbaycanda Mərkəzi Bankın faiz dəhlizinin parametrləri ilə bağlı verəcəyi növbəti qərar iqtisadi gündəmin əsas mövzularından biridir. Uçot dərəcəsində mümkün dəyişikliklərin kredit bazarına, əmanət faizlərinə, inflyasiyaya və əhalinin alıcılıq qabiliyyətinə necə təsir göstərəcəyi maraq doğurur. Hazırda uçot dərəcəsi 6,5 faiz, faiz dəhlizinin yuxarı həddi 7,5 faiz, aşağı həddi isə 5 faiz təşkil edir. Bəs Mərkəzi Bank faizləri dəyişəcəkmi? Qərar iqtisadi fəallığa və vətəndaşların maliyyə imkanlarına necə təsir edə bilər?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli bildirib:
Mütəxəssis əlavə edib ki, faiz qərarları vətəndaşların gündəlik həyatına da təsir göstərir. Uçot dərəcəsi aşağı salınarsa, bank kreditlərinin ucuzlaşması üçün şərait yarana bilər. Bu, biznesin maliyyə imkanlarını genişləndirə, əhalinin kredit götürməsini asanlaşdıra bilər. Ancaq bankların kredit faizləri dərhal və eyni həcmdə azalmır. Əmanət faizlərində də müəyyən enmə baş verə bilər.
Sədr əlavə edib ki, uçot dərəcəsi artırılarsa, kreditlərin bahalaşması ehtimalı yüksələr, əmanətlər isə daha cəlbedici ola bilər. Belə addım istehlak və qiymət artımını zəiflətməyə kömək etsə də, kreditlə yaşayan ailələr və borcla fəaliyyət göstərən sahibkarlar üçün əlavə xərc yarada bilər.
Əsas məqama toxunan iqtisadçı sonda vurğulayıb:
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli bildirib:"Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarı 23 dekabr 2026-cı ildə açıqlanacaq. Sentyabrın sonunda uçot dərəcəsi 6,5 faiz, faiz dəhlizinin aşağı həddi 5 faiz, yuxarı həddi isə 7,5 faiz səviyyəsində saxlanılıb.
Dekabrda faizlərin dəyişməsi əsasən inflyasiyanın səviyyəsindən, valyuta bazarındakı vəziyyətdən və iqtisadi fəallıqdan asılı olacaq".
Akif Nəsirli qeyd edib ki, əgər qiymət artımları səngiyərsə və inflyasiyanın azalması davam edərsə, Mərkəzi Bank uçot dərəcəsini dəyişmədən saxlaya bilər. Əksinə, ərzaq və digər məhsulların qiymətlərində yenidən ciddi artım baş verərsə, faiz siyasətinə yenidən baxılması gündəmə gələ bilər.Dekabrda faizlərin dəyişməsi əsasən inflyasiyanın səviyyəsindən, valyuta bazarındakı vəziyyətdən və iqtisadi fəallıqdan asılı olacaq".
Mütəxəssis əlavə edib ki, faiz qərarları vətəndaşların gündəlik həyatına da təsir göstərir. Uçot dərəcəsi aşağı salınarsa, bank kreditlərinin ucuzlaşması üçün şərait yarana bilər. Bu, biznesin maliyyə imkanlarını genişləndirə, əhalinin kredit götürməsini asanlaşdıra bilər. Ancaq bankların kredit faizləri dərhal və eyni həcmdə azalmır. Əmanət faizlərində də müəyyən enmə baş verə bilər.
Sədr əlavə edib ki, uçot dərəcəsi artırılarsa, kreditlərin bahalaşması ehtimalı yüksələr, əmanətlər isə daha cəlbedici ola bilər. Belə addım istehlak və qiymət artımını zəiflətməyə kömək etsə də, kreditlə yaşayan ailələr və borcla fəaliyyət göstərən sahibkarlar üçün əlavə xərc yarada bilər.
Əsas məqama toxunan iqtisadçı sonda vurğulayıb:
"Uçot dərəcəsinin dəyişməsi inflyasiyaya təsir edən yeganə amil deyil. Ərzaq qiymətləri, idxal xərcləri, valyuta bazarının sabitliyi və dövlətin iqtisadi siyasəti də mühüm rol oynayır. Buna görə də dekabr qərarına qədər inflyasiyanın dinamikası diqqətlə izlənilməlidir. Faizlərin dəyişib-dəyişməyəcəyini indidən dəqiq demək mümkün olmasa da, qərarın əsas məqsədi qiymət sabitliyini qorumaq və iqtisadi fəallıq arasında tarazlıq yaratmaq olacaq.
