Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü | 13:11 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü | 13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var | 13:07 Hesaba görə başlayan mübahisə qanla bitdi | 13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi | 12:56 Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı | 12:47 Azərbaycanda neçə ailə 5-dən çox uşaq böyüdür? – Rəsmi açıqlama | 12:45 Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI | 12:39 Müəllimlər üçün güzəştlər daimi olmalıdır – AÇIQLAMA | 12:17 Məşhur türkiyəli biznesmen vəfat etdi | 12:08 Bərdədə qadın evində ölü tapıldı | 11:59 Qurban Bayramov vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü

03.11.2026 13:11 126
Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü
Sumqayıtda 18 yaşlı oğlan sevgilisini küçədə döyüb.

Hadisə şəhərin 9-cu mikrorayonunda baş verib.

Belə ki, şəhər sakini, 2008-ci il təvəllüdlü Elsevər Aslanov (soyadı şərtidir - red.) özündən iki yaş böyük xanımla sevgi münasibətində olub. Bir neçə gün əvvəl şəhər ərazisində olarkən dostu Kənanın sevgilisi ona zəng vurub kömək istəyib. Dostunun sevgilisi valideynləri ilə dalaşıb evdən çıxdığını bildirib və Elsevərdən gecələməyə ev istəyib. Elsevər də öz sevgilisinə zəng vuraraq Sumqayıt şəhəri ərazisindəki restoranlardan birinə çağırıb. Elsevər sevgilisini xanımla tanış edib və dostu Kənanın sevgilisi olduğunu deyib. Bildirib ki, ona gecə qalmaq üçün ev lazımdır. Elsevərin sevgilisi xanıma kömək edə bilməyəcəyini deyib. Elsevər dostunun sevgilisini şəhər ərazisindəki hotellərdən birində yerləşdirmək qərarına gəlib və öz sevgilisini evə yola salmaq istəyib. Nəticədə sevgilisi buna etiraz edib və Elsevərlə sevgilisi arasında mübahisə başlayıb. Mübahisə zamanı Elsevər sevgilisini küçədə döyüb.

Hadisə yerinə polis əməkdaşları gəliblər və Elsevər saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmədə tərəflər arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib.
//oxu.az

Son xəbərlər