Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü | 13:11 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü | 13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var | 13:07 Hesaba görə başlayan mübahisə qanla bitdi | 13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi | 12:56 Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı | 12:47 Azərbaycanda neçə ailə 5-dən çox uşaq böyüdür? – Rəsmi açıqlama | 12:45 Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI | 12:39 Müəllimlər üçün güzəştlər daimi olmalıdır – AÇIQLAMA | 12:17 Məşhur türkiyəli biznesmen vəfat etdi | 12:08 Bərdədə qadın evində ölü tapıldı | 11:59 Qurban Bayramov vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

Müəllimlər üçün güzəştlər daimi olmalıdır – AÇIQLAMA

03.11.2026 12:39 240
Müəllimlər üçün güzəştlər daimi olmalıdır – AÇIQLAMA
Təhsil işçiləri üçün “TəhsilPlus” kartı vasitəsilə ictimai nəqliyyatda güzəştli gediş kampaniyasının tətbiqi müəllimlərin sosial rifahı məsələsini yenidən gündəmə gətirib. Noyabrın 2-dən 30-dək davam edəcək kampaniya çərçivəsində müəllimlər həftəiçi ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Bu addımın gələcəkdə daimi güzəşt mexanizminə çevrilməsi və digər təhsil işçilərini də əhatə etməsi məsələsi maraq doğurur.

Bu barədə təhsil eksperti Məzahir Məmmədli Median.Az-a açıqlamasında deyib ki, son dövrlər müəllimlər üçün güzəştli kartların təqdim edilməsi, ictimai nəqliyyatda və müxtəlif mağazalarda endirimlərin tətbiqi məsələsi müzakirə olunur:
“Tələbələr üçün də oxşar güzəştlərin yaradılması nəzərdə tutulur. “TəhsilPlus” kartının həm müəllimlərə, həm də tələbələrə şamil edilməsi, şübhəsiz ki, onlar üçün əlavə stimul ola bilər. Bu təşəbbüs onların sosial rifahını tam şəkildə yaxşılaşdırmasa da, göstərilən diqqətin və qayğının ifadəsidir. Müəllimlərə bu cür imkanların yaradılması onların cəmiyyətdəki mövqeyinə və nüfuzuna müsbət təsir göstərə bilər. Güzəştlər yalnız kampaniya xarakteri daşımamalı, davamlı şəkildə tətbiq olunmalıdır”.

O qeyd edib ki, belə bir yanaşma həm dövlətin müəllimlərə diqqətini nümayiş etdirər, həm də cəmiyyətdə onlara qarşı hörmət və diqqətin artmasına töhfə verər:
“Bu da müəllim nüfuzunun yüksəlməsinə təsir edən amillərdən biri ola bilər. Təhsilin İnkişafı Fondunun həyata keçirdiyi layihələr çərçivəsində bu imkanların daha da genişləndirilməsi, gələcəkdə həm müəllimlərə, həm də tələbələrə müxtəlif sahələrdə güzəştlərin daimi əsaslarla tətbiqi mühüm stimullaşdırıcı addım olardı”.

Son xəbərlər