Mojo.az — elanlar
RU
Son Xəbərlər
12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |     11:01 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal  |     23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Tələbələrə ictimai nəqliyyatda 10% güzəşt ediləcək - Video

11.06.2026 22:20 465
Tələbələrə ictimai nəqliyyatda 10% güzəşt ediləcək - Video
"TələbəPlus"kartı ilə tələbələrə ictimai nəqliyyatda 10% güzəşt tətbiq olunacaq.

Təhsilin İnkişafı Fondundan "Xəzər Xəbər”ə bildirilib ki, ölkənin ali təhsil müəssisələrinin tələbələri üçün müəyyən güzəştlərin həyata keçirildiyi layihə çərçivəsində bakalavriat, magistratura və doktorantura üzrə bütün kurslarda təhsil alan tələbələrə xüsusi 10%-lik nəqliyyat güzəştləri hazırlanır.

Median.Az
-ın Xezerxeber.az-a istinadən məlumatına görə, həmçinin qeyd olunub ki, "TəhsilPlus" kartı vasitəsilə tədris müəssisələrində müəllim kimi çalışan, eləcə də digər inzibati heyətdə çalışan şəxslər üçün də yeni güzəşt mexanizminin yaxın aylarda istifadəyə veirilməsi planlaşdırılır. Belə ki, "CityCard”la əld olunan ilkin razılaşmalara əsasən "TəhsilPlus” kart istifadəçiləri üçün xüsusi nəqliyyat güzəştləri təqdim olunacaq.

Məsələ ilə bağlı fikirlərini bölüşən təhsil ekspertləri isə bildirir ki, mövcud 10 faizlik endirim müsbət addım olsa da, istifadəçilər üçün ciddi üstünlük yaratmır. Ekspert Rizvan Fikrətoğlunun sözlərinə görə, hazırkı tariflər nəzərə alındıqda 10 faizlik endirim faktiki olaraq hər gedişdə cəmi 6 qəpik qənaət deməkdir. Bu isə gündəlik ictimai nəqliyyatdan istifadə edən tələbə və müəllimlər üçün əhəmiyyətli maliyyə dəstəyi hesab oluna bilməz.

Qeyd edək ki, "TələbəPlus” kartı vasitəsilə tələbələrə edilən güzəştlər siyahısına supermarketlər, kitab, geyim- aksessuar və parfümeriya mağazaları, kafe/restoran, təhsil mərkəzləri, onlayn platformalar, əyləncə məkanları və s. yerlərdə xüsusi endirimlər, keşbeklər və promokodlar daxildir.

Son xəbərlər