Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü | 13:11 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü | 13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var | 13:07 Hesaba görə başlayan mübahisə qanla bitdi | 13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi | 12:56 Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı | 12:47 Azərbaycanda neçə ailə 5-dən çox uşaq böyüdür? – Rəsmi açıqlama | 12:45 Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI | 12:39 Müəllimlər üçün güzəştlər daimi olmalıdır – AÇIQLAMA | 12:17 Məşhur türkiyəli biznesmen vəfat etdi | 12:08 Bərdədə qadın evində ölü tapıldı | 11:59 Qurban Bayramov vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

“Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA

03.11.2026 13:10 231
“Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA
Son günlər Azərbaycan dilində alınma sözlərin gündəlik istifadədən çıxarılması və onların milli sözlərlə əvəz olunması məsələsi yenidən gündəmə gəlib. Milli Məclisin deputatı Hikmət Babaoğlu yol nişanlarında istifadə edilən “Stop” sözünün “Dur” və ya “Toxta” ifadələri ilə əvəzlənməsini təklif edib. Bu təşəbbüs cəmiyyətdə dilin qorunması, sözlərin düzgün seçilməsi və alınma ifadələrin Azərbaycan dilində qarşılığından istifadə məsələsini aktuallaşdırıb.

Yol nişanlarında “Stop” sözünün “Dur” və ya “Toxta” ilə əvəzlənməsi dilçilik baxımından nə dərəcədə məqsədəuyğundur? Bu sözlər məna və istifadə baxımından eyni funksiyanı daşıyırmı? Ümumiyyətlə, alınma sözlərin Azərbaycan dilindəki qarşılıqları ilə əvəzlənməsi zamanı hansı dilçilik prinsipləri əsas götürülməlidir?

Filologiya elmləri doktoru, professor Nadir Məmmədli Median.Az-a açıqlamasında deyib ki, dilçi olmayan şəxslərin dil məsələlərinə müdaxilə etməsini düzgün deyil:
“Xüsusilə də beynəlxalq terminlərin və geniş istifadə olunan sözlərin Azərbaycan dilində qarşılığının yaradılması adı altında onların dəyişdirilməsinə ehtiyac yoxdur. Bunlar beynəlxalq sözlərdir və dillər arasında inteqrasiyanın təbii nəticəsi kimi qəbul edilməlidir. Belə sözlərdən uzaqlaşmağa çalışmaq özünü doğrultmur. Məsələn, “stop” sözünün “toxta” və ya “dur” sözü ilə əvəz edilməsi təklifini məqsədəuyğun hesab etmirəm. Çünki “toxta” sözünün müxtəlif mənaları var və onun hansı məqamda hansı mənada işlədildiyi kontekstdən asılıdır. Halbuki terminologiyada əsas prinsiplərdən biri birmənalılıqdır. Yəni bir termin konkret anlayışı ifadə etməli, əlavə və fərqli mənalar doğurmamalıdır. “Stop” sözü eşidildikdə isə insanların ağlına ilk növbədə dayanmaq anlayışı gəlir. Bu söz beynəlxalq səviyyədə qəbul olunub və dünyanın bir çox ölkəsində eyni mənada istifadə edilir”.

Son xəbərlər