Mojo.az Banner
18:54 Pişik sahiblərinin ən çox verdiyi sual: Qısırlaşdırmaq günahdırmı?  |     23:01 5 min illik iki məzar: Piramidaların inşasını anlamağa kömək edə bilər  |     22:53 Tanınmış aşığın nəvəsi vəfat etdi  |     22:47 “İndi məni cərimələsələr, bunlar ödəyəcəklər 1 manatdan?” - Video  |     22:39 Sumqayıtda evdə yanğın - Video  |     22:32 Di Kaprio üçün - Mühafizəçiyə rüşvət təklif etdi  |     22:25 Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video  |     22:20 Can Kolukısa vəfat etdi  |     22:08 Keçəl olan şəxslərin NƏZƏRİNƏ!  |     22:00 Azərbaycanlı milyarderin sərvəti 1,41 milyard dollar azalıb  |     21:54 Mexaniklər ən yaxşı 5 ailə avtomobilini açıqladı  |     21:45 Yay depressiyası niyə yaranır? - Psixoterapevt açıqladı  |     21:37 İspaniya miqrantlara görə dənizdə maneə inşa edir  |     21:31 İşlədiyi mağazadan oğurluq edən şəxs saxlanıldı  |     21:09 Xəstələr dərmanları pulsuz nə vaxt alacaqlar?  |     21:05 Azərbaycanda nağdsız ödənişlərin həcmi 9,9 milyard manatı keçdi  |     20:59 Yüksək təzyiqi olanlar üçün ən faydalı pendir  |     20:50 Sənur Əzizov həbs edildi  |     20:44 Masallıda güclü YANĞIN: Alov taxıl sahələrinə keçdi  |     20:40 Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı  |    
Left Banner
Right Banner

Bu şəxslər üçün ictimai nəqliyyatdan istifadə pulsuz ola bilər...

13.01.2026 22:36 429
Bu şəxslər üçün ictimai nəqliyyatdan istifadə pulsuz ola bilər...
Bu şəxslər üçün ictimai nəqliyyatdan istifadə pulsuz ola bilər...

İctimai nəqliyyatda gediş haqlarının artırılması fonunda tələbələr üçün güzəştli tariflərin tətbiqi məsələsi yenidən gündəmə gəlib. Xüsusilə də Brutto müqavilə sisteminə mərhələli keçid bu sahədə yeni imkanlar yaradır.

Maraqlıdır, gələcəkdə tələbə bileti ilə daha ucuz gediş haqqı tətbiq oluna bilərmi?

Median.Az-ın məlumatına görə, mövzu ilə bağlı "Konkret.az"a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu ildən etibarən brutto müqavilə mexanizmi işə düşür və onun əsas tələblərindən biri də ictimai nəqliyyatda tam nağdsız ödəniş sisteminə keçiddir.

Ekspertin sözlərinə görə, tam nağdsız ödəniş təmin olunduqdan sonra bir sıra güzəştlərin tətbiqi üçün real imkanlar yaranacaq:

“Nağdsız ödənişə keçiddən sonra güzəştlərin tətbiqi mümkün olacaq. Bununla yanaşı fərqli nəqliyyat növləri arasında inteqrasiya vacibdir. Hazırda bu inteqrasiyanı Bakı kart üzərindən metro və avtobuslar arasında görürük”.

Rauf Ağamirzəyev xatırladıb ki, ötən il tarif artımı zamanı yalnız marşrut xətti boyunca bütün avtobusları yenilənən xətlərdə qiymət artımı tətbiq olunub. Onun sözlərinə görə, brutto müqavilədən də ilk olaraq məhz bu marşrutlar faydalanacaq.

Ekspert qeyd edib ki, brutto müqavilənin tam tətbiqi 2026–2028-ci illəri əhatə edir, lakin bu prosesin daha sürətli həyata keçirilməsi məqsədəuyğundur:

“Bu keçidi sürətləndirmək lazımdır ki, güzəştlər də tez tətbiq olunsun. Dünyanın bir çox ölkələrində brutto müqavilə tətbiq edilən şəhərlərdə günlük, aylıq bilet paketləri, 90 dəqiqəlik pulsuz keçidlər, eləcə də güzəştli sosial kartlar mövcuddur. Tələbələr, təqaüdçülər, müharibə veteranları və digər həssas qruplar üçün xüsusi güzəştli bilet sistemləri tətbiq olunur. Bunlar bir-biri ilə sıx bağlı məsələlərdir”.

Rauf Ağamirzəyev bildirib ki, mexanizmlərin bir hissəsi artıq bu il ərzində icra oluna bilər və nəticədə sərnişinlər, xüsusilə də tələbələr bundan faydalanacaqlar.скачать dle 11.3
Mojo.az Banner