Bakıda “By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakının Nərimanov rayonunda yerləşən “By Fateh Gənclik” restoranının fəaliyyətini nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırıb.
Fətəli xan Xoyski küçəsi 118A ünvanında fəaliyyət göstərən və fərdi sahibkar Bəhram Mehdiyevə məxsus restoranda plandankənar yoxlama aparılıb. AQTA-nın məlumatına görə, restoran qida təhlükəsizliyi qeydiyyatı olmadan və antisanitar şəraitdə fəaliyyət göstərib.
Yoxlama zamanı mətbəxdə texnoloji ardıcıllığa riayət edilmədiyi, müştərilərə təqdim olunan ətin müvafiq icazə sənədlərinin olmadığı və işçilərin ilkin və dövri tibbi müayinələrdən keçmədiyi müəyyən edilib. Obyektdə yararlılıq müddəti bitmiş sərinləşdirici içkilər və qida məhsulları da aşkarlanıb.
Faktla bağlı inzibati protokol tərtib olunub, laborator müayinə üçün ət məhsullarından nümunələr götürülüb.