Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:52 470 hektar ərazi minalardan təmizlənib | 20:47 "TikTok"a görə bıçaqlanan qadının əri, atası və qardaşları da həbsdə imiş | 20:40 Azərbaycan fındığı Çin bazarında - VİDEO | 20:35 Sabunçuda gəncin dönər yemək istəyi ölümünə səbəb oldu | 20:33 İranda 120 nəfər spirtli içkidən zəhərləndi, ölənlər var | 20:26 Bakıda “By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırılıb | 20:18 Dünyaca məşhur "Bvlgari" brendinin rəhbəri VƏFAT ETDİ | 20:09 Azərbaycanda bu oyuncaqların satışı QADAĞAN EDİLİR | 20:00 "Nvidia" şirkətinin baş direktoru vəzifəsinə qayıtdı | 19:57 Sabah bəzi ərazilərdə qaz kəsiləcək | 19:52 İnterpol insan alverində və terrorçuluqda ittiham olunan iki azərbaycanlı qadını axtarır | 19:38 Rusiyada prodüser Elmir Məhərrəmovun meyiti tapıldı | 19:28 Neftçalada boru partladı, rayon susuz qaldı | 19:13 Rafiq Əliyevə məxsus binası dördüncü dəfə hərraca çıxarılır | 18:46 Ramiz Mehdiyevin kürəkəninin işi niyə yalnız Kəmalə Abıyevaya həvalə edilir? - Təsadüf, yoxsa üst-üstə düşən maraqlar? | 18:11 50 kq-dan çox narkotik maddə ilə tutulan şəxsə ağır cəza | 17:58 Apteklərdə müayinə aparan bəzi oftalmoloqlar cəzalandırılacaqlar | 17:37 300 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə ittiham aktı elan edildi | 17:29 Azərbaycanda kişi kanalizasiya quyusuna düşərək öldü | 17:14 İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satmaqda şübhəli bilinən şəxs saxlanılıb |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bu oyuncaqların satışı QADAĞAN EDİLİR

23.11.2026 20:09 180
Azərbaycanda bu oyuncaqların satışı QADAĞAN EDİLİR
Azərbaycanda oyuncaqların təhlükəsizliyinə dair yeni texniki reqlamentin tətbiqi istehlak bazarının təhlükəli məhsullardan qorunmasına və uşaqların hüquqlarının daha səmərəli müdafiəsinə xidmət edəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 2026-cı il 7 oktyabr tarixli 327 nömrəli qərarı ilə təsdiq edilmiş "Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" (TR 002/2026/AZ) 2027-ci il aprelin 7-dən qüvvəyə minəcək.

Agentlikdən bildirilib ki, Texniki Reqlamentin tətbiqi, ilk növbədə, ölkə ərazisində istehlak bazarının təhlükəli oyuncaqlardan qorunmasına kömək etməklə yanaşı, istehlakçıları çaşdıra biləcək hərəkətlərin qarşısının alınmasına və haqsız rəqabət hallarının aradan qaldırılmasına xidmət edəcək.

Qeyd olunub ki, Texniki Reqlament istehlakçıların, xüsusilə də uşaqların hüquqlarının və qanuni maraqlarının daha səmərəli qorunmasına, valideynlərin oyuncaqların təhlükəsizliyinə dair etimadının artırılmasına, habelə bazarda ədalətli rəqabət mühitinin daha da yaxşılaşdırılmasına töhfə verəcək:

"Yeni qaydalara əsasən, Texniki Reqlament qüvvəyə mindikdən sonra onun təhlükəsizlik tələblərinə uyğunluğu təsdiq edən sertifikat olmadan oyuncaqların satışı qadağan ediləcək. Oyuncaqlar uyğunluq sertifikatı ilə təmin edildiyi halda, onların üzərinə "AZC" uyğunluq nişanı vurulacaq.

Oyuncaqların Texniki Reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən sertifikatlar akkreditasiya edilmiş sertifikatlaşdırma qurumları tərəfindən veriləcək. Oyuncaqlara dair təqdim edilmiş uyğunluq sertifikatlarının reyestri isə Agentlik tərəfindən aparılacaq və ictimaiyyət üçün açıq olacaq.

Qanunvericiliyin tələblərinə əsasən, istehlak bazarında "Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament"in tələblərinə uyğun olmayan və ya Texniki Reqlamentdə müəyyən edilmiş üsulla uyğunluğu qiymətləndirilməmiş oyuncaqlara qarşı nəzarət tədbirləri Agentlik tərəfindən aparılacaq".

Son xəbərlər