Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:38 Rusiyada prodüser Elmir Məhərrəmovun meyiti tapıldı | 19:28 Neftçalada boru partladı, rayon susuz qaldı | 19:13 Rafiq Əliyevə məxsus binası dördüncü dəfə hərraca çıxarılır | 18:46 Ramiz Mehdiyevin kürəkəninin işi niyə yalnız Kəmalə Abıyevaya həvalə edilir? - Təsadüf, yoxsa üst-üstə düşən maraqlar? | 18:11 50 kq-dan çox narkotik maddə ilə tutulan şəxsə ağır cəza | 17:58 Apteklərdə müayinə aparan bəzi oftalmoloqlar cəzalandırılacaqlar | 17:37 300 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə ittiham aktı elan edildi | 17:29 Azərbaycanda kişi kanalizasiya quyusuna düşərək öldü | 17:14 İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satmaqda şübhəli bilinən şəxs saxlanılıb | 16:59 Su polisi brakonyerlik edən şəxsləri yaxaladı | 16:56 İlham Əliyev Donald Trampa təşəkkür etdi | 16:32 Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - Son vəziyyət | 16:23 Azərbaycanda bu il 300-dən çox pensiyaçı nikah bağlayıb - Rəsmi | 16:00 Bakıda sabiq məmur avtomobili sərxoş halda idarə edərkən saxlanıldı | 15:57 İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı sərəncam imzaladı | 15:54 Bakının iki böyük rayonunda su olmayacaq | 15:47 Azərbaycan və İtaliya arasında Anlaşma Memorandumu imzalandı | 15:31 Jalə Məmmədova və Kəmalə Əliyevaya vəzifə verildi | 14:32 İlham Əliyev İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul edib | 14:30 Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir? |
Mojo.az Avto
Mojo.az Avto

Rafiq Əliyevə məxsus binası dördüncü dəfə hərraca çıxarılır

23.11.2026 19:13 63
Rafiq Əliyevə məxsus binası dördüncü dəfə hərraca çıxarılır
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, "İrşad" İslam Araşdırmaları Mərkəzinin rəhbəri Rafiq Əliyev ona məxsus 6 mərtəbəli binanın qanunazidd olaraq satışa çıxarıldığını elan edib.

O, binanın noyabrın 22-də Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən elektron hərracda qanunazidd formada satışının təşkil olunduğunu bildirib.

Rafiq Əliyevin sözlərinə görə, bina satışa çıxarılsa da, alıcı tapılmayıb:

"Bununla belə, qanunun tələblərinə məhəl qoyulmadan binanın satışının yenidən təşkil edilməsi nəzərdə tutulur. Belə ki, bina noyabrın 29-da dördüncü dəfə hərraca çıxarılmalıdır. Potensial alıcılar da yaxşı anlayırlar ki, əldə edəcəkləri bu bina mübahisəli əmlakdır. Binada əsaslı təmir işləri aparıldıqdan sonra texniki pasportun və yeni çıxarışın alınması, eləcə də sənədləşmə prosesinin həyata keçirilməsi ciddi problemlərlə üzləşə bilər.

Üstəlik, məsələ ilə bağlı məhkəmə prosesi davam etdiyindən, çıxarılacaq qərar binanın satışının hüquqi əsaslarına və qanuniliyinə birbaşa təsir göstərəcək. Mən hərracın keçirilməsi ilə bağlı artıq şikayət vermişəm. İnanıram ki, hüquqi müstəvidə ədalət öz yerini tapacaq və haqqımız qorunacaq", - deyə o qeyd edib.

Son xəbərlər