Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:32 Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - Son vəziyyət | 16:23 Azərbaycanda bu il 300-dən çox pensiyaçı nikah bağlayıb - Rəsmi | 16:00 Bakıda sabiq məmur avtomobili sərxoş halda idarə edərkən saxlanıldı | 15:57 İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı sərəncam imzaladı | 15:54 Bakının iki böyük rayonunda su olmayacaq | 15:47 Azərbaycan və İtaliya arasında Anlaşma Memorandumu imzalandı | 15:31 Jalə Məmmədova və Kəmalə Əliyevaya vəzifə verildi | 14:32 İlham Əliyev İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul edib | 14:30 Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir? | 14:28 Erməni əsirliyindən qaçan qazi vəfat etdi | 14:26 Əlilliyin qiymətləndirilməsində yeni qayda: Bir tələb ləğv edildi | 13:48 İlham Əliyevdən Asif Əsgərovla bağlı sərəncam | 13:47 Bakının 9 prospekt və küçəsinin kəsişməsində yenilik | 13:45 Sərxoş halda maşın sürüb arvadının ölümünə səbəb oldu - Təfərrüat | 13:43 Bakının bu rayonunda mənzillər bahalaşır – Ucuz evlərin sirri nədir? | 13:41 Avtomobili qışda uzun müddət saxlamaq üçün hansı qaydalara əməl etmək lazımdır? | 13:39 Ən təhlükəli elektron siqaret dadları müəyyən edilib | 13:37 Bakıda qarajlar rekord həddə bahalaşdı | 13:34 Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti nə vaxt çap olunacaq? | 13:29 Ticarət əlavəsinə limit bahalaşmanın qarşısını ala bilər? |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - Son vəziyyət

23.11.2026 16:32 0
Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - Son vəziyyət
Azərbaycanda qızılca və suçiçəyinə yoluxma ilə bağlı son vəziyyət açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, son vaxtlar ölkədə qızılcaya yoluxanların sayı azalıb:

"Azərbaycanda qızılca və suçiçəyi ilə bağlı epidemioloji vəziyyət nəzarət altında saxlanılır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin apardığı epidemioloji təhlillərə əsasən, qızılca üzrə son aylarda yoluxma hallarının sayında azalma müşahidə olunur. Qeydə alınan hallar əsasən sporadik xarakter daşıyır. Yoluxma hallarının daha çox qızılcaya qarşı peyvənd olunmamış və ya peyvənd kursunu tam başa çatdırmamış şəxslər arasında müşahidə edilməsi diqqət çəkir".

Məlumatda bildirilib ki, hazırda ölkədə qızılca ilə bağlı epidemioloji vəziyyət nəzarət altındadır və əhali arasında narahatlıq yaradacaq xarakter daşımır:

"Xəstəliyin ilkin əlamətləri adətən yüksək hərarət, ümumi halsızlıq, öskürək, burun axması, gözlərin qızarması və sulanması ilə müşayiət olunur. Bir neçə gün sonra, əsasən üzdən başlayaraq bədənin digər nahiyələrinə yayılan səpgilər meydana çıxır. Bəzi hallarda ağız boşluğunun selikli qişasında xırda ağ ləkələr də müşahidə oluna bilər.

Qızılca pnevmoniya, otit və ensefalit kimi ciddi ağırlaşmalara səbəb ola bilər. Buna görə də xəstəliyin əlamətləri müşahidə olunduqda digər şəxslərlə, xüsusilə uşaqlarla təmasın məhdudlaşdırılması və vaxtında həkimə müraciət edilməsi vacibdir. Əhalinin diqqətinə çatdırırıq ki, qızılcadan qorunmanın ən effektiv yolu vaksinasiyadır. Valideynlər uşaqlarının Milli Peyvənd Təqviminə uyğun olaraq QPM (qızılca, parotit, məxmərək) vaksini ilə vaxtında və tam peyvənd olunmasını təmin etməlidirlər".

Açıqlamaya əsasən, suçiçəyi üzrə də ölkə ərazisində kütləvi yayılma və ya epidemioloji gərginlik müşahidə olunmur:

"Ayrı-ayrı yoluxma halları qeydə alınır ki, bu da xəstəliyin epidemioloji xüsusiyyətlərinə uyğun xarakter dașıyır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən qızılcaya və suçiçəyinə qarşı epidemioloji nəzarət tədbirləri davam etdirilir, zərurət yarandıqda xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə müvafiq profilaktik və əksepidemik tədbirlər həyata keçirilir",-deyə nazirlikdən məlumat verilib.

Xatırladaq ki, son vaxtlar dünyanın müxtəlif ölkələrində qızılcaya yoluxma rekord həddə çatıb. Bəzi ölkələr qızılcadan azad ərazilər statusundan məhrum edilib.

Son xəbərlər