Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:41 Avtomobili qışda uzun müddət saxlamaq üçün hansı qaydalara əməl etmək lazımdır? | 13:39 Ən təhlükəli elektron siqaret dadları müəyyən edilib | 13:37 Bakıda qarajlar rekord həddə bahalaşdı | 13:34 Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti nə vaxt çap olunacaq? | 13:29 Ticarət əlavəsinə limit bahalaşmanın qarşısını ala bilər? | 13:24 Bakıda yaşayış binalarının yaxınlığında yerləşən göl qurumağa başlayıb | 13:17 Alyona Əliyeva "İki dünya arasında" adlı fərdi sərgidən paylaşım edib | 13:12 Ramiz Mehdiyev və ailəsi Əli Kərimlinin məhkəməsinə çağırıldılar | 13:04 Qızıl ucuzlaşsa da, zinət əşyaları niyə əvvəlki qiymətə satılır? – AÇIQLAMA | 13:01 İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" | 12:52 Ermənistanın yeni konstitusiya layihəsi dərc olundu: Müstəqillik Bəyannaməsinə istinad çıxarıldı | 12:42 Eyni mənzili bir neçə nəfərə satan MTK rəhbəri həbs edildi - Milyonluq dələduzluq | 12:41 Bakıda körpə 11-ci mərtəbədən yıxılıb öldü | 12:26 Bakıda zibil daşıyan sürücü faciəli şəkildə öldü | 12:12 Bakıda hoteldən meyit tapıldı | 12:06 "Barselona"nın Bakıya nə vaxt çatacağı bəlli oldu | 23:01 Telefon suya düşəndə bu 4 səhvi etməyin: Ən təhlükəsiz üsul nədir? | 22:56 İtkin düşən 4 nəfər tapıldı | 22:50 Azərbaycanda telefon, geyim və qəhvə ucuzlaşacaq | 22:41 Qızıl gələn il ucuzlaşacaq |
Mojo.az Avto
Mojo.az Avto

Ticarət əlavəsinə limit bahalaşmanın qarşısını ala bilər?

23.11.2026 13:29 192
VİDEO Ticarət əlavəsinə limit bahalaşmanın qarşısını ala bilər?
Azərbaycanda ərzaq məhsullarının pərakəndə satış qiymətlərinə ticarət əlavəsinin müəyyən edilməsi ilə bağlı təkliflər gündəmə gəlib. Mümkün yanaşmalardan biri süni qiymət artımının qarşısını almaq məqsədilə məhsullara eyni faizlə ticarət əlavəsinin tətbiqidir.

Hazırda ölkədə bir sıra məhsul və xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimlənir. Buraya kommunal xidmətlər, ictimai nəqliyyat, yanacaq və əczaçılıq sahələri daxildir. Belə tənzimləmənin əsas məqsədi iqtisadi sabitliyi qorumaq, strateji sahələrə nəzarət etmək və əhalinin sosial rifahını təmin etməkdir.

Baku TV məlumat verir ki, qiymətlərin tənzimlənməsi qlobal bazarlarda xammal və enerji qiymətlərində baş verən dəyişikliklərin daxili bazara təsirini azaltmağa, eləcə də ölkənin bütün bölgələrində, o cümlədən ucqar kəndlərdə məhsul və xidmətlərin eyni qiymətlə əlçatan olmasına imkan yaradır.

Lakin ərzaq məhsullarının satışına vahid ticarət əlavəsinin tətbiqi məsələsi birmənalı qarşılanmır. Bildirilir ki, ticarət əlavəsinə məhdudiyyət qoyulması bazar iqtisadiyyatının işləmə mexanizminə və qanunvericiliyə zidd ola bilər. Bununla yanaşı, bazarda hökmran mövqedən istifadə, qiymətlərin razılaşdırılması və rəqabətin məhdudlaşdırılması halları varsa, bu cür pozuntulara qarşı müvafiq tədbirlərin görülməsi zəruridir.

Pərakəndə ticarət sektoru, xüsusilə supermarket və market şəbəkələrinin genişləndiyi bir dövrdə, məhsulların istehlakçılara çatdırılmasında mühüm rol oynayır. Bu sahədə rəqabət qaydalarının pozulması həm sahibkarlara, həm də istehlakçıların hüquqlarına zərər vura bilər.

Son xəbərlər