Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:48 İlham Əliyevdən Asif Əsgərovla bağlı sərəncam | 13:47 Bakının 9 prospekt və küçəsinin kəsişməsində yenilik | 13:45 Sərxoş halda maşın sürüb arvadının ölümünə səbəb oldu - Təfərrüat | 13:43 Bakının bu rayonunda mənzillər bahalaşır – Ucuz evlərin sirri nədir? | 13:41 Avtomobili qışda uzun müddət saxlamaq üçün hansı qaydalara əməl etmək lazımdır? | 13:39 Ən təhlükəli elektron siqaret dadları müəyyən edilib | 13:37 Bakıda qarajlar rekord həddə bahalaşdı | 13:34 Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti nə vaxt çap olunacaq? | 13:29 Ticarət əlavəsinə limit bahalaşmanın qarşısını ala bilər? | 13:24 Bakıda yaşayış binalarının yaxınlığında yerləşən göl qurumağa başlayıb | 13:17 Alyona Əliyeva "İki dünya arasında" adlı fərdi sərgidən paylaşım edib | 13:12 Ramiz Mehdiyev və ailəsi Əli Kərimlinin məhkəməsinə çağırıldılar | 13:04 Qızıl ucuzlaşsa da, zinət əşyaları niyə əvvəlki qiymətə satılır? – AÇIQLAMA | 13:01 İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" | 12:52 Ermənistanın yeni konstitusiya layihəsi dərc olundu: Müstəqillik Bəyannaməsinə istinad çıxarıldı | 12:42 Eyni mənzili bir neçə nəfərə satan MTK rəhbəri həbs edildi - Milyonluq dələduzluq | 12:41 Bakıda körpə 11-ci mərtəbədən yıxılıb öldü | 12:26 Bakıda zibil daşıyan sürücü faciəli şəkildə öldü | 12:12 Bakıda hoteldən meyit tapıldı | 12:06 "Barselona"nın Bakıya nə vaxt çatacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

Ən təhlükəli elektron siqaret dadları müəyyən edilib

23.11.2026 13:39 36
Ən təhlükəli elektron siqaret dadları müəyyən edilib
Darçın və qaymaq dadlı elektron siqaretlər immun hüceyrələrə daha ciddi zərər vuraraq aterosklerotik lövhələrin yaranması riskini artıra bilər.

Median.Az
xəbər verir ki, bu barədə Gazeta.ru-ya rusiyalı mütəxəssis Elvira Xaçirova bildirib.

Həkimin sözlərinə görə, elektron siqaret mayelərinin tərkibində nikotindən başqa, nəfəs yolu ilə orqanizmə daxil olduqda iltihaba və hüceyrə zədələnməsinə səbəb olan aromatizatorlar və digər kimyəvi birləşmələr də var.

Onun sözlərinə görə, laboratoriya şəraitində aparılan tədqiqatlarda darçının tərkibindəki sinnamaldehidin damarların daxili qatını (endotelini) təşkil edən hüceyrələr üçün ən zəhərli maddə olduğu müəyyən edilib. Bu maddə endoteldə iltihaba və oksidləşdirici stresə səbəb olub.

Həmçinin, diasetil və 2,3-pentandion kimi yağlı və qaymaqlı dad verən maddələr makrofaqları zədələməklə aterosklerotik lövhələrin əmələ gəlməsini sürətləndirə bilər.

Mütəxəssisin izahına görə, diasetil və 2,3-pentandion ağciyərlərdən qan dövranına keçərək ateroskleroz prosesini gücləndirir. Bu maddələr makrofaqları oksidləşmiş xolesterini nəzarətsiz şəkildə udmağa sövq edir. Nəticədə makrofaqlar aterosklerotik lövhələrin əsasını təşkil edən "köpük hüceyrələrinə" çevrilir. Bundan əlavə, həmin birləşmələr hüceyrələrin iltihabla əlaqəli ölüm prosesini də başladır.//oxu.az

Son xəbərlər