Mojo.az Banner
Son Xəbərlər
16:12 Ölkədə leysan olacaq, dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq  |     16:10 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək  |     16:06 Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video  |     14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |     12:21 Kolumbiyada qızıl mədəni çökdü, 14 nəfər öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Hansı qidalar xərçəngin inkişafına səbəb ola bilər? - Rusiyalı mütəxəssisdən açıqlama

13.02.2025 12:30 867
Hansı qidalar xərçəngin inkişafına səbəb ola bilər? - Rusiyalı mütəxəssisdən açıqlama
Vaxtı ötmüş və acı tam verən qidaların qəbul edilməsi xərçəng xəstəliyinin inkişafına səbəb ola bilər.

Bu barədə "Grow Food"un baş texnoloqu, qidalanma üzrə rusiyalı mütəxəssis Svetlana Qertle-Zaqorskaya "Gazeta.Ru"ya müsahibəsində danışıb.

"Vaxtı ötmüş və acı tam verən qidaları yemək olmaz. Əgər yağ və ya qoz-fındıq xoşagəlməz qoxu və dad verirsə, bu, məhsulun kimyəvi dəyişikliklərə məruz qaldığına dair bir siqnaldır ki, bu da sağlamlıq üçün potensial təhlükə deməkdir. Acı tam oksigen, işıq, nəmlik və istiliyin təsiri altında baş verən yağların oksidləşməsi prosesidir. Oksidləşmə nəticəsində məhsullarda sərbəst radikallar əmələ gəlir ki, bu da orqanizmin hüceyrələrini məhv edir, iltihabi proseslərə səbəb olur və ciddi xəstəliklərə yol aça bilər", - deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, vaxtı ötmüş və acı tam verən qidalar zəhərlənməyə səbəb ola bilər. Belə məhsulların tərkibində zəhərli maddələr var ki, bu da ürəkbulanma, qusma, ishal, başağrısı və digər xoşagəlməz simptomlar yarada bilər.

"Onlar həmçinin allergik reaksiyalara və xroniki xəstəliklərə də gətirib çıxara bilər. Acı tam verən qidaların davamlı istifadəsi xərçəng, ürək-damar və qaraciyər xəstəlikləri kimi xroniki xəstəliklərə səbəb ola bilər", - deyə mütəxəssis qeyd edib.

Son xəbərlər