Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Qan təzyiqi dərmanları depressiyaya səbəb ola bilər - Həkim danışdı

15.03.2025 14:10 1 131
Qan təzyiqi dərmanları depressiyaya səbəb ola bilər - Həkim danışdı
"Medikamentoz (dərmanla əlaqəli) depressiya, antihipertenzivlər (yüksək qan təzyiqi üçün) və digər ürək dərmanları kimi preparatların qəbulunun yan təsiri kimi ortaya çıxa bilər".

Bu barədə rusiyalı psixiatr və psixoterapevt Patimat Yaxyayeva "Gazeta.ru"ya müsahibəsində danışıb.

"Bəzi dərmanlar dolayı yolla depressiv vəziyyətlərə səbəb ola bilər. Bu, yorğunluq, yuxululuq, iştahın azalması və ya digər simptomların yaranmasına gətirib çıxara bilər. Bu dərmanlar məyusluq, bitkinlik və hətta depressiv epizoda səbəb ola bilər. Bununla belə, konkret bir insanda depressiyanın əmələ gəlməsinə həqiqətən də dərmanın səbəb olub-olmadığını müəyyən etmək çox vaxt çətin olur. Məsələn, hipertoniya müalicəsində istifadə olunan bəzi antihipertenziv preparatlar depressiv təsirə malikdir", - deyə həkim bildirib.

Həmçinin həkimin sözlərinə görə, iltihabəleyhinə, antiallergik və immunodepressiv təsirə malik kortikoidlərin yüksək dozada uzun müddət istifadəsi də depressiv simptomlar yarada bilər.

"Depressiya nadir hallarda dərmanların istifadəsinə mütləq şəkildə əks göstəriş olur. Ancaq dərmanların təyin edilməsi ilə bağlı ən yaxşı qərarın qəbul edilməsi üçün həkimin hər bir konkret vəziyyətdə bir sıra amilləri qiymətləndirməsi vacibdir. Bunlar arasında dərmanın potensial faydası, müalicə üçün alternativ dərmanların mövcudluğu, xəstənin depressiya tarixi və, əgər varsa, əvvəlki depressiya epizodlarının şiddəti və depressiyanın inkişafı ilə bağlı xəstənin vəziyyətini izləmək imkanı da yer alır", - deyə mütəxəssis qeyd edib.скачать dle 11.3

Son xəbərlər