Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:48 İlham Əliyevdən Asif Əsgərovla bağlı sərəncam | 13:47 Bakının 9 prospekt və küçəsinin kəsişməsində yenilik | 13:45 Sərxoş halda maşın sürüb arvadının ölümünə səbəb oldu - Təfərrüat | 13:43 Bakının bu rayonunda mənzillər bahalaşır – Ucuz evlərin sirri nədir? | 13:41 Avtomobili qışda uzun müddət saxlamaq üçün hansı qaydalara əməl etmək lazımdır? | 13:39 Ən təhlükəli elektron siqaret dadları müəyyən edilib | 13:37 Bakıda qarajlar rekord həddə bahalaşdı | 13:34 Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti nə vaxt çap olunacaq? | 13:29 Ticarət əlavəsinə limit bahalaşmanın qarşısını ala bilər? | 13:24 Bakıda yaşayış binalarının yaxınlığında yerləşən göl qurumağa başlayıb | 13:17 Alyona Əliyeva "İki dünya arasında" adlı fərdi sərgidən paylaşım edib | 13:12 Ramiz Mehdiyev və ailəsi Əli Kərimlinin məhkəməsinə çağırıldılar | 13:04 Qızıl ucuzlaşsa da, zinət əşyaları niyə əvvəlki qiymətə satılır? – AÇIQLAMA | 13:01 İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" | 12:52 Ermənistanın yeni konstitusiya layihəsi dərc olundu: Müstəqillik Bəyannaməsinə istinad çıxarıldı | 12:42 Eyni mənzili bir neçə nəfərə satan MTK rəhbəri həbs edildi - Milyonluq dələduzluq | 12:41 Bakıda körpə 11-ci mərtəbədən yıxılıb öldü | 12:26 Bakıda zibil daşıyan sürücü faciəli şəkildə öldü | 12:12 Bakıda hoteldən meyit tapıldı | 12:06 "Barselona"nın Bakıya nə vaxt çatacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

Sərxoş halda maşın sürüb arvadının ölümünə səbəb oldu - Təfərrüat

23.11.2026 13:45 24
Sərxoş halda maşın sürüb arvadının ölümünə səbəb oldu - Təfərrüat
Bərdədə həyat yoldaşının ölümü ilə nəticələnən qəzaya görə təqsirləndirilən Nadir Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.az-ın məlumatına görə, məhkəmənin hökmü ilə N.Həsənov 5 il azadlıqdan məhrum edilib . O, cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkəcək.

İttihama görə, hadisə bu il mayın 24-də Bərdənin Mehdixanlı kəndi ərazisində baş verib. Rayon sakini, 1993-cü il təvəllüdlü Nadir Həsənov 66-BG-465 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobili yol kənarındakı arxa aşırıb. Nəticədə maşında olan həyat yoldaşı, 1996-cı il təvəllüdlü Pəri Mahir qızı Həsənova aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə yaralanıb.

Hadisə vaxtı M.Həsənov və həyat yoldaşı ilə birlikdə bacanağıgildə təşkil edilən məclisdən gəlirlərmiş. M.Həsənov məclisdə spirtli içki qəbul edəndən sonra öz avtomobili ilə hərəkətə başlayıb. O, rayonun Mehdixanlı kəndində idarəetməni itirib və avtomobil yolun kənarındakı su arxına düşüb.

Son xəbərlər